Cronos Construction

Şirkət haqqında:
Şirkətin fəaliyyət növü sənaye və mülki obyektlərin tikintisi, daxili təmir və tamamlama işləri, bünövrə qazıntısı və qazıntı materiallarının daşınması, tikinti işləri aparılacaq sahələrdə yararsız göllərin doldurulması və qurudulması, süni göllərin qurulması, sahələrin tikintiyə hazırlanması, tikinti sonrası abadlaşdırma, isitmə, soyutma, havalandırma, yanğından mühafizə, su təchizatı və kanalizasiya sistemlərinin, qazanxana və nasosxananın quraşdırılmasından ibarətdir.
Əlaqə vasitələri:
Texniki ofis rəhbəri
Tələblər:
- İnşaat sahəsi üzrə ali təhsil;
- Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;
- Texniki şöbə rəhbəri vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Ofis proqramları, Outlook , Autocad, Primavera proqramlarında işləmək bacarığı;
- Texniki problemlərin təyin edilərək təhlil olunması və həll yollarının tapılması bacarıqları;
- Hesabat hazırlama və təhlil etmə bacarığı.
Əsas vəzifə və öhdəliklər:
- Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə texniki nəzarət edir;
- Tikinti-quraşdırma işlərinin həcminin, habelə təsdiq edilmiş layihə-smeta sənədlərinin strukturlarının, işçi heyətinin, tikinti norma və qaydalarının, standartların, texniki şərtlərin, əməyin mühafizəsi standartlarının uyğunluğunu yoxlayır;
- Sifariş verilən layihələr üçün tikinti smetasının hazırlanmasında və icrasında iştirak edir.
- Sahələrdən daxil olan texniki hesabatları yoxlayır;
- Sifarişçilərdən və subpodratçılardan alınan smeta sənədlərini yoxlayır,tərkibi və keyfiyyəti barədə rəy hazırlayır;
- Ayrı-ayrı komponentlər daxil olmaqla, tikinti xərclərini hesablayır, sifarişçi və subpodratçı smetalarını, materialların xərc smetaları və əlavə xərclərini, görülən işlərin hesabatını, texniki şərtləri, yerinə yetirilmiş iş aktlarını faizlə əlaqələndirir;
- Uyğunsuzluğun aradan qaldırılması üçün xüsusi fəaliyyət proqramlarının həyata keçirilməsi və islahedici tədbirlərin görülməsində iştirak edir;
- Bağlanılan müqavilələr üzrə qarşı tərəfin öhdəliklərinin icrasına nəzarət edir;
- Tamamlanmış tikinti-quraşdırma işlərinin uçotunu aparır və tikinti planlarının icrası barədə hesabat vermək üçün lazımi məlumatları hazırlayır;
- Davam edən layihələr ilə bağlı mütəmadi təqib halında olaraq layihələrin tikintisi üçün smeta sənədlərini yoxlayır, dəyəri hesablayır, görülən işləri qeyd edir;
- Mövcud və tələb olunan standartlara əsasən keyfiyyətə təminat vermə prosesində iştirak edir;
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərinin hazırlanmasını təmin edir
- Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir;
- Sahələrdən gələn texniki hesabatları yoxlayır.
- Şöbənin ümumilikdə işini təşkil və idarə etmək;
- Şöbə üzrə aylıq gördüyü işlərə görə şirkər rəhbərinə hesabat vermək
- Müvafiq profilaktik tədbirlər üçün ümumi dizayn və müqavilələrə nəzarət etmək;
- Layihə sənədləşmə sistemini təşkil etmək (Çizimlər, siyahıları, NFI, RFI, MA, MS);
- Tələblərə görə laboratoriya nəticələri və sertifikatları təşkil etmək;
- Subpodtratçılar üçün texniki spesifikasiyaları hazırlamaq;
- Layihə planlarını idarə etmək və layihənin inkişafının plana uyğun həyata keçirildiyinə nəzarət etmək;
- Tikinti işçiləri ilə tikinti qaydalarının hazırlanmasına rəhbərlik və nəzarət etmək;
- Işlərin miqdarı və hazırlanması hesabatlarını tərtib etmək və hesablamaq;
- Mühəndislik qrupu və tikinti qrupları arasında uyğunluğu təmin etmək üçün iki qrup arasında əlaqə yaratmaq;
- Texniki material təqdim etmələrini hazırlamaq;
- Matrial sifarişləri və təchizatı nəzarətdə saxlamaq
- Təhvil-təslim prosedurlarını təşkil etmək və hazırlamaq;
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.