A - Group Insurance Company

Şirkət haqqında:
A-QROUP SIĞORTA ŞİRKƏTİ 1995-ci ildə yaradılmışdır. A-Qroup özəl və 100% milli şirkətdir.
A-Qroup Sığorta Şirkəti Tibbi sığorta, Bədbəxt hadisələrdən fərdi sığorta, Əmlak sığortası, Nəqliyyat vasitələrinin sığortası, Xarici səfərlər zamanı sığorta, Peşə məsuliyyəti sığortası və s. ilə sığorta növləri ilə məşğul olur. Fəaliyyətinin başlıca istiqamətini isə Tibbi sığorta təşkil edir. Uzun illərdir ki A-Qroup Sığorta Şirkəti Azərbaycan sığorta bazarında Könüllü Tibbi Sığorta üzrə liderliyi əldə saxlayır. A-Qroup Sığorta Şirkətinin mükafatları: CIBC Award 2005 – dinamik maliyyə inkişafı, UGUR Award 2005 – İlin Sığorta Şirkəti. A-Qroup ISO: 9001/2008 standartlarına uyğun keyfiyyətə nəzarət sistemi üzrə fəaliyyit göstərir.
Sığorta proqramlarının inkişafında müştərilərimizin arzu və tövsiyələri, aparılan araşdırmaların və mütəxəssislərimizin uzun müddətli iş təcrübəsinin nəticələri nəzərə alınmışdır. Müştərilər üçün yüksək səviyyəli tibbi yardım təşkil etmək üçün şirkətimiz Bakı şəhərində və Azərbaycan Respublikasında fəaliyyət göstərən ən qabaqcıl klinikaların daxil olduğu xüsusi tibbi yardım sistemi işləyib hazırlamışdır.
Əlaqə vasitələri:
Həkim-Koordinator
İş barədə məlumat:
- İş rejimi 2 növbəlidir,
- Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat
- Tibbi sığorta qarşılanır.
Vəzifə öhdəlikləri
- Çağrı Mərkəzinə bütün əlaqə vasitələrindən daxil olan (zənglər, WhatsApp, mail, sms, mobil tətbiq, websayt) müştəri sorğularının operativ cavablandırılmaq;
- Xidmətin keyfiyyətini təkmilləşdirmək üçün müştəri rəylərini toplamaq. Müştərilərin etibar və etimadını qazanaraq onlarla məhsuldar tərəfdaşlıq münasibətləri qurmaq və qoruyub saxlamaq;
- Çağrı Mərkəzinə müraciət edən sığortalının şikayətlərini dinləyərək düzgün yönləndirilmək;
- Şirkətin çağrı mərkəzinin bazasında tələb olunan məlumatların qeydiyyata almaq;
- Klinikalardan, aptek və optikalardan daxil olan sorğuların (zəng və ya modul vasitəsi ilə) sığorta planı və daxili prosedur qaydalarına əsasən cavablandırmaq;
- Həkim-koordinatorun səlahiyyətindən xaric məsələləri daxili qaydalara əsasən (qırmızı və sarı kod) vaxtında səlahiyyətli şəxsə ötürmək;
- Klinikalarda hospitalizasiyanın, daşınmanın, təcili yardımın təşkil olunmasını təmin etmək, əməliyyata ehtiyac olduqda ekspertləri məlumatlandırmaq;
- Rəhbərlik tərəfindən verilmiş reyestrləri və yeni sığortalıların siyahılarının bazaya daxil etmək;
- Fəaliyyəti ilə əlaqədar hesabatlar hazırlanmaq və müvafiq əməkdaşlara təqdim etmək;
- Problemləri vaxtlı-vaxtında müəyyənləşdirmək və həll yollarını müəyyən etmək;
- Yenilikçi olmaq, işlərin daha yaxşı aparılması üçün təkliflər vermək;
Tələblər:
- Alı Tibb Təhsili;
- Sığorta sahəsində təcrübə arzuolunandır;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);
- Güclü ünsiyyət qurmaq bacarığı;
- Müştəri yönümlü, stressə davamlı;
- MS Office proqramlarını yaxşı bilmək;
- Komandada işləmək bacarığı;
- Detallara diqqət yetirmək bacarığı.
Maraqlanan şəxs CV-ni, mövzuda “Həkim-Koordinator” qeyd etməklə, Müraciət et butonunda qeyd olunan email ünvanına göndərə bilər.