West Product Marketing MMC

Şirkət haqqında:
Kərə yağı bazarında əsas distribüter şirkətlərindən biri kimi 2003-cü ildən etibarən qida sektorunda fəaliyyət göstərir. Şirkətin fəaliyyətində Westgold, Golden Crown, Gerda, French Cow kərə yağı markaları ilə yanaşı, bitki yağları, pendir, süd, qatılaşdırılmış süd, makaron, düyü, zeytun, ketçup və s. kimi məhsul markaları, şirniyyat fabriki və supermarket şəbəkəsi yer alır.
Əlaqə vasitələri:
Horeca üzrə satış təmsilçisi
İşin təsviri:
- Təyin olunmuş satış planlarına əsasən şirkəti təmsil edərək aylıq satış hədəflərini yerinə yetirmək
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumatların verilməsi
- Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək;
- Horeca istiqamətində satışın inkişaf etdirilməsi və optimallaşdırılması üçün təkliflər hazırlayıb təqdim etmək
- Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası
Tələblər:
- Ali təhsil
- Yaş aralığı: 23-40
- Korporativ satış və horeca sahəsində ən azı 1 ildən 3 ilədək iş təcrübəsi
- Şifahi və yazılı ünsiyyət qurmaq, işgüzar danışıqların aparılması və təqdimat etmək bacarıqları
- Şəxsi avtomobil
Əmək şəraiti:
- İş qrafiki: Həftənin 5 iş günü, saat 08:00-17:00
- Əmək haqqı: 600 AZN (gross) +bonus
- Korporativ nömrə
- Yanacaq və amortizasiya xərci
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə - 0552032888