Caspian Innovation Center

Şirkət haqqında:
Caspian Innovation Center şirkəti 2017-ci ildə Azərbaycanın qlobal brendi olan SOCAR və dünyanın nəhəng İT şirkətlərindən biri olan IBM tərəfindən əsası qoyulmuş birgə müəssisədir. Şirkətin yaradılmasında məqsəd ölkəmizdə və ölkədən kənar regionlarda dünyada gedən rəqəmsal transformasiya prosesini uğurla həyata keçirərək iqtisadiyyatımızın inkişafına töhfə verməkdir. İnnovativ həll yolları vasitəsilə rəqəmsal transformasiya prosesini şirkətlərdə sürətləndirmək və onların dünya bazarında müasir tələblərə cavab verən və rəqabətə davamlı şəkildə fəaliyyət göstərməsini təmin etmək əsas vəzifələrimizdəndir.
Şirkətimizin əsas fəaliyyət istiqamətləri biznesin transformasiyası sahəsində yol xəritələrini təyin edərək müxtəlif növ proqram təminatlarının tətbiq olunması, mövcud və yeni tətbiq olunmuş proqram təminatlarına texniki dəstəyin göstərilməsi, Biznes Resursların Planlaşdırılması platformalarının SAP üzərində qurulması, elektron sənəd dövriyyəsinin tətbiqi, İT infrastrukturlarının qurulması və dəstək xidmətinin göstərilməsi kimi əsas istiqamətlərdən ibarətdir.
Əlaqə vasitələri:
ITSM inzibatçılığı üzrə mühəndis (junior)
IT background-a sahib olan innovasiyalara açıq, daim inkişaf etməyə meyilli, yenilikçi, yüksək araşdırma bacarıqlarına sahib olan, təşəbbüskar gənc əməkdaş axtarışındayıq
Vəzifə öhdəlikləri:
- Effektiv IT idarəetmə çərçivəsində daxili siyasət və prosedurlara əsasən ITSM və CMDB həllərinin inzibatçılığını (konfiqurasiyası və idarəedilməsi) və gündəlik dəstək xidmətini həyata keçirmək;
- Problemləri və səhvləri aradan qaldırmaq üçün kök səbəb təhlili aparmaq, sistem işinə nəzarət etmək və gündəlik yeniləmələri tamamlamaqla ITSM və CMDB platformalarına dəstək vermək;
- ITSM iş axınlarının və hesabatlarının yaradılmasında, dəyişdirilməsində və həllində dəstək vermək;
- ITSM platforması və digər sistemlər arasında API və məlumat inteqrasiyası prosesini yaratmaq və dəstək göstərmək;
- Səmərəlilik üçün mövcud IT proseslərini mütəmadi olaraq nəzərdən keçirmək, təkminləşdirmə imkanlarını müəyyən etmək. Prosesinin ən yaxşı təcrübələri və tendensiyaları, eləcə də ITSM üzrə bilik və təcrübələri tədbiq etmək.
Namizədə tələblər:
- Kompüter Elmləri və ya Kompüter Mühəndisliyi üzrə ali təhsil;
- Azərbaycan dilin səlis, İngilis dilinin orta-texniki səviyyədə biliyi. Rus dili biliyi üstünlükdür;
- Hər hansı İTSM və CMDB həlləri barədə ilkin bilik və təcrübə - vacibdir, BMC Remedy/Helix ITSM və BMC Discovery bağlı biliklərin olması üstünlükdür;
- ITIL sahəsində biliklər üstünlükdür;
- Hər hansı ITSM həlli üzrə sertifikatın olması üstünlükdür;
- Müstəqil və komanda daxilində işləmək bacarığı, güclü problem həll etmə, analiz bacarıqları.
Biz nə təklif edirik:
- İş qrafiki 5/2, 09.00-18.00
- Nahar xərclərinin qarşılanması
- İllik performans bonusları
- Korporativ sağlamlıq proqramı: VIP könüllü tibbi sığorta
- “Digital Learning” təlim platformalarından istifadə imkanları.
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.