Avenue

Şirkət haqqında:
“AVENUE” 2020-cu ildən etibarən Sizə xidmət edir.
Premium məhsulların istehsalçısı olan brendlərin birbaşa evinizə çatdırılmasını təmin edir.
3700 kv/m – ərazini əhatə edən interyer məkanı – Avropanın və Amerikanın öndə gedən mebel, santexnika, işıqlandırma, parket, qapı və ev tekstili alıcılırana təqdim edir.
Rahatlıq və keyfiyyət, davamlılıq və zəriflik, əlçatanlıq və dizaynın bütün meyarlarına cavab verən “Avenue” məhsulları xüsusi olaraq Sizin üçün seçilmişdir.
Müştəri məmnuniyyətini ön planda tutan komandamız dünya miqyasında konseptual mağaza konsepsiyası ilə sizi yeni dünyalarla tanış olmağa dəvət edir.
Əlaqə vasitələri:
SMM üzrə mütəxəssis
Avenue Interiors marketinq şöbəsinə yeni əməkdaş dəvət edir!
Əgər sən:
- Mobil telefonla kreativ və estetik baxımdan baxılası video və foto çəkməyi bacarırsınızsa,
- Reels montajını telefon proqramlarında sərbəst edə bilirsinizsə,
- Canva kimi sadə dizayn proqramlarında işləmək təcrübəniz varsa,
- SMM sahəsində təcrübəli, kontent planlama, post və storilərin yaradılması və paylaşımı sizə tanışdırsa,
- Marketinq şöbəsinin gündəlik tapşırıqlarını məsuliyyətlə icra edə biləcək enerjili və təşəbbüskar birisinizsə,
Sizi komandamızda görməkdən məmnun olarıq!
Vəzifələr:
- Mobil telefon vasitəsilə showroom üçün video və foto kontentin çəkilməsi;
- Videoların montajı və reels formatına uyğunlaşdırılması;
- Kontent planlaması, paylaşımlar (post, storilər, reels);
- Canva və digər əsas proqramlarda dizayn işləri;
- Marketinq şöbəsinə aid digər tapşırıqların operativ şəkildə yerinə yetirilməsi;
Namizədə tələblər:
- Oxşar sahədə təcrübə (azı 1 il);
- Estetik zövq və diqqətlilik;
- Məsuliyyətlilik, çeviklik və operativlik;
- Kreativ yanaşma və komanda ilə işləmə bacarığı;
- İşlərində intizamlı və məsuliyyətli olmalı;
- Verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi
- Rus dilini bilən namizədlərə üstünlük veriləcək.
İş şəraiti:
- İşə qəbul Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq aparılır;
- İş saatı: Bazar ertəsi – Cümə 10:00-dan - 19:00-dək
- Həftədə 2 gün istirahət günü
- Ünvan: Nərimanov rayonu, Təbriz küçəsi 70D
- Əmək haqqı: 700-800 AZN
Tələblərə uğun namizədlər mövzu yerində “SMM üzrə mütəxəssis“ qeyd edərək öz CV-lərini Müraciət Et butonunda qeyd olunan e-mail ünvanına göndərə bilərlər