Enermus

Şirkət haqqında:
Fəaliyyətə başladığı gündən spesifik olan qaz təsərrüfatı sahəsi üzrə ixtisaslaşan şirkət illər keçdikcə məişət və sənaye qaz avadanlıqlarının satışından Şkaf tipli Qaz Tənzimləyici Məntəqə və Elektriksiz İşləyən Pnevmatik Odorant Qurğularının yerli istehsalına keçmiş, 2017-ci ildə lisenziya əldə edərək qaz təsərrüfatı üzrə tikinti quraşdırma işləri və xidmətlərin göstərilməsinə başlamışdır.
ENERMUS QSCyə müraciətiniz zamanı artıq peşəkar texniki dəstək, operativliyin şahidi olacaqsınız!
Əlaqə vasitələri:
Xərclərin idarə edilməsi üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
- Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
- Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
- Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
- Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək;
- Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
- Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görmək;
- Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirmək ;
- Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;
- Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
- Obyektlərdə (Sahədə) ölçü işlərinin aparılması;
- Smetaların bazar qiymətləri ilə hesablanması;
- Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);
- Sahələrdən gələn texniki hesabatların yoxlanması.
Tələblər:
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Mühəndis (neft qaz) ixtisası üzrə ali təhsil;
- Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;
- Eskizə və ya layihəyə əsasən iş həcmlərinin çıxarılması, BoQ-un tərtibi və qiymətləndirilməsi;
- Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan nasazlıqlar cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını bilmək;
- İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək;
- Azərbaycan dili (əla), İngilis və Rus dilləri arzu olunandır;
- MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD;
- Analitik düşüncə tərzi,
- Dəqiqlik, operativlik.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş cədvəli: 5 günlük (Həftə içi günlər saat 9:00-dan 18:00-dək);
- Əməkhaqqı başlanğıc 700 azn
- Ünvan Bakı şəhəri, Xətai rayonu, 2-ci Yaşıl Ada küç
Maraqlanan namizədlər cv-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.