By Telecom

Şirkət haqqında:
Bytelecom şirkəti 2011-ci ildən etibarən Azərbaycanın mobil telefon bazarının ən etibarlı və dinamik brendlərindən olan dünyaca məşhur olan firmaların orijinal aksesuarları və elektron məhsullarının satışını təşkil edir. Qarşıdakı illərdə Azərbaycanda ən geniş mağazalar şəbəkəsinə malik olmağı hədəfləyən Bytelecom, müştərilərinə müxtəlif növ telefonları münasib qiymətə nağd və ya sərfəli kredit şərtləri ilə təklif edir. Bir çox dünya brendlərinin elektronik məhsullarının Azərbaycanda satışını həyata keçirir. Mövcud bazar şəraitinə yeni bir səs gətirməyə hazırlaşan Bytelecom, tezliklə daha böyük əraziləri əhatə etməyi planlaşdırır. Münasib qiymət strategiyası, sərfəli kredit şərtləri ilə şirkət bazarda qısa bir müddət ərzində alıcı kütləsinin diqqətini cəlb etmiş və məhsulların kütləvi satışına başlamışdır.
Əlaqə vasitələri:
Anbardar
Vəzifə öhdəlikləri:
- Məhsulların qəbulu
- Yük maşınlarının boşaldılması, daxili malların çeşidlənmə işləri ilə məşğul olmaq
- Müştərinin mallarını deponun sürücüləri ilə birlikdə təhvil vermək
- Təhvil təslim aktlarını düzgün formada imzaladıb anbara təhvil vermək.
- Anbarda keçirilən sayımlarda iştirak etmək;
- Anbardarın verdiyi tapşırıqları yerinə yetirmək,
- Malların düzgün və tam şəkildə olmasını yoxlamaq və yerləşdirmək
Namizədə tələblər:
- Cinsi: Kişi;
- Təhsil: Orta ixtisas
- Yaş həddi 20- 35 arası;
- Fiziki əmək qabiliyyəti yüksək
- Çevik və işində məsuliyyətli olmalı;
İş şəraiti:
- İş qrafiki: 6 günlük
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: 500 azn, (aylıq 200 – 500 azn bonus + əlavə olaraq gündəlik çatdırılmalara bonus)
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et butonunda qeyd olunan elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “anbardar” qeyd etməyiniz xahiş olunur.