Veysəloğlu MMC

Şirkət haqqında:
“Veysəloğlu” MMC fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 4000-dən çox çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2500-ə yaxın əməkdaşı ilə xidmət göstərir.
Əlaqə vasitələri:
Ticari marketinq üzrə mütəxəssis
"Veysəloğlu" MMC Qastronom Kateqoriyası üzrə İdarəedici Direktorluqda, "Ticari marketinq üzrə mütəxəssis" vakansiyasını elan edir.
İş şəraiti
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək
Vəzifə öhdəlikləri:
- Ticari Marketinq Strategiyalarının həyata keçirilməsində, o cümlədən kampaniyalar, tanıtımın izlənilməsi, displeylər, mağazadaxili brendinq və digər əlaqəli funksiyalarda iştirak etmək;
- Azərbaycan bazarına yönəlmiş məhsul kateqoriyalarında və bazarda formalaşan yeni məhsul kateqoriyalarında müəyyən edilmiş biznes məqsədlərinə nail olmaq üçün Ticari Marketinq Strategiyasının inkişafı üçün planlamada iştirak etmək;
- Ərazi ziyarətləri- POS (satış nöqtəsi) üzrə rəqiblərin fəaliyyətinin, qiymət strategiyasının, cari promosyonların və stok səviyyəsinin monitorinqi;
- Stokların hərəkətinə nəzarət etmək, yavaş hərəkət edən və ya müddəti bitən məhsullar və ya promosyonlar üzrə ticari planlamalar hazirlayib satış komandasina təklif etmək;
- KA və ənənəvi ticarət kanalı müştəriləri üçün hər bir brend menecerlə (planoqram, tanıtım, ticarət, kommunikasiya) kommunikasiyani təşkil etməklə kateqoriyanı idarə etmək;
- BTL fəaliyyətlərinin həyata keçirilməsi (promouterlərin iş fəaliyyətinə nəzarət və hədəflərin təyin edilməsi,dadım aksiyaları, tanitim tipli hədiyyəli aktivliklər və s. planlanması və icrasina nəzarət);
- Ticari təkliflərin və istehlakçı təkliflərinin proqnozlaşdırılması və razılaşdırılmış dövrü planlaşdırma təqviminə uyğun olaraq tələbin planlaşdırma komandasına ötürülməsi;
- Ticari aktivliklər üzrə təxmini satışlara nail olmaq üçün satış meneceri ilə mütəmadi əlaqə saxlamaq;
- Üst rəhbərin tapşırıqlarını zamanında və doğru şəkildə yerinə yetirmək.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- SAP proqramından istifadə təcrübəsi arzuolunandır;
- Rus dili danışıq səviyyəsində;
- İngilis dili arzuolunandır;
- Komandada işləmək bacarığı;
- Problemləri həll etmək bacarığı.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları:
- Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Ticari marketinq üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
- Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.