Akabe İnşaat

Şirkət haqqında:
2000-ci ildən etibarən fəaliyyət göstərən və öz iş prinsipində müştəri məmnuniyyətini əsas tutan Akabe inşaat sahəsində keyfiyyətli və zəngin çeşidli məhsullarını müştərilərinə qürurla təqdim edir. İnşaat materiallarının istehsalı və satışı ilə müştərilərinə yüksək keyfiyyətli xidmət göstərən Akabe inşaat Avropa və Asiyanın tanınmış brendlərinin Azərbaycandakı rəsmi distribüteridir. Akabe adları sadalanan məhsul çeşidlərinin satışını reallaşdırır:
Əlaqə vasitələri:
İnteryer Dizayner
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Binəqədi şossesi 12;
- İş rejimi: Tam ştat (həftə içi 6 gün)
- Sahə: İnteryer dizayn / Tikinti materialları və avadanlıqları
Vəzifə öhdəlikləri:
- Müştərilərlə görüşərək layihə tələblərinin müəyyənləşdirilməsi;
- Vanna otağı, mətbəx və digər sahələr üzrə interyer dizayn layihələrinin hazırlanması;
- Şirkətin satdığı məhsullar (kafel, metlax, unitaz, moydadır, aksesuarlar və s.) əsasında dizayn təkliflərinin hazırlanması;
- 2D plan və 3D vizualizasiya (render) işlərinin görülməsi;
- Şourum dizaynının hazırlanmasında və yenilənməsində iştirak;
- Müasir interyer trendlərinin izlənməsi və layihələrdə tətbiqi.
Tələblər:
- İnteryer dizayn sahəsində minimum 2 il iş təcrübəsi;
- AutoCAD, 3ds Max,V-Ray (Corona Render), Photoshop və digər dizayn proqramlarında işləmə bacarığı;
- Şirkət məhsulları ilə işləmə və onları dizayna uyğun yerləşdirmə qabiliyyəti;
- Yaradıcı düşüncə və estetik zövq;
- Komandada işləmə bacarığı və məsuliyyətli yanaşma.
Əlavə üstünlüklər:
- Tikinti materialları və santexnika məhsulları sahəsində təcrübə;
- Müştəri ilə birbaşa işləmək və satışa dəstək vermək təcrübəsi.
Təklif edirik:
- Rəqabətqabiliyyətli əmək haqqı (müsahibə zamanı təyin olunur);
- Peşəkar və dəstəkləyici komanda;
- Karyera inkişafı və təlim imkanları;
- Müasir iş mühiti və layihələrdə iştirak.
Müraciət üçün: CV və portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində "İnteryer Dizayner" qeyd etməklə göndərin.