BRPG LLC

Şirkət haqqında:
BRPG layihənin ən erkən vaxtından, ərazinin seçilməsi, tikintinin və ya rekonstruksiya olan hissələrinin, baxış keçirilməsi, araşdırılması və təhlil edilməsi, icazələrin alınması, layihələrin tərtib edilməsi, təchizatçıların tapılması, layihənin idarə edilməsi və istismara təhvil verilməsinə kimi olan proseslərdə Sifarişçi ilə birgə iştirak edir.
Biz yalnız Sifarişçinin layihəsinin məqsədinə deyil, həmçin şirkətin məqsədinə çatmasına çalışırıq. Təcrübəli inşaat-tikinti mütəxəssisi olaraq BRPG gözləntilərinizdən dahada yüksək olaraq layihələrin idarəedilməsi və tikinti xidmətlərini həyata keçirməkdədir.
Əlaqə vasitələri:
Mexanik mühəndisi
İş barədə məlumat
- Layihənin tərtib edilməsi üçün zəruri göstəricilərin və tələblərin müəyyən edilməsi, layihə sənədlərin təhlil edilməsi (qazanxana, havalandırma, su-kanalizasiya) ;
- Mexanika işlərin iş həcmlərin tərtib edilməsi;
- İşlərin görülməsinə dair planın hazırlanması və icrasına nəzarət edilməsi;
- Mexanika işlərin aparılmasına dair mal materialların seçilməsi, müqayisə edilməsi və təchiz edilməsində, tələbnamələrin hazırlanması;
- Yoxlamaların aparılmas, nasazlıqların aradan qaldırılmasına dair tədbirlərin görülməsi;
- Rəhbər heyyət üçün hesabatların hazırlanması;
- Yerinə yetirilən işlərin təhvil təslim aktların hazırlanması və təhvil təslim edilməsi.
- Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti qaydalarına, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək;
- İş rejimi: 5-günlük və layihənin tələb etdiyi qrafik üzrə.
- Sınaq müddəti: 3 ay
- Əmək haqqı: (Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən olunacaq), + ezamiyyə + bonus.
Namizədə tələblər
- Mexaniki mühəndisi üzrə ali təhsil,
- Mexaniki mühəndisi üzrə ən azı 3 il təcrübə;
- Mexaniki cizgilərin oxumaq və təhlil etmək bacarığı;
- Ms Office (Outlook, Word, Excel), Autocad proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Məsuliyyətli, dəqiq və peşakar;
- Dil bilikləri: Azərbaycan dili
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli;
- İqtisadiyyatın, eləcə də istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını bilməli.
Vakansiyaya uyğun olan namizədlər CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu yerində “Mexanika mühəndisi” qeyd edib göndərə bilərsiniz. CV lərin son qəbul etmə müddəti 20 may 2025 ci ilədək. Yalnız seçilmiş namizədlərlə musahibə keçirdiləcək.