Antaris

Şirkət haqqında:
Antaris QSC – ofis və layihə təchizatında Azərbaycan bazarının lider şirkətlərindəndir. Çeşidə: dəftərxana, məişət ləvazimatları, qida, mebel, seyf, dolab, ofis üçün İT avadanlıq ilə yanaşı reklam istehsalı, poliqrafiya xidmətləri, və promosyon məhsulları daxildir. Digər fəaliyyət növü isə fərdi vətəndaşalr üçün – məktəb və yaradıcılıq ləvazimatlarının topdan və pərakəndə satışıdır.
Şirkət 16 ildən artıq fəaliyyət göstərir. Çalışdığımız eksklüziv və distribütor olduğumuz markalar – İP Svetocopy, Uni-Ball, Trodat, Griffon, Mondo, Forpus, Faber-Castell, YES, Gipta, MAS, Noki, Nestle, Jacobs, Mars, Lavazza, Selpak, SUN, Airwick, Johnson&Johnson, P&G, Lavazza və s.
Əlaqə vasitələri:
Sosial media mütəxəssisi
İş barədə məlumat:
- Şirkətin sosial şəbəkə hesablarının idarəedilməsi (Facebook, Instagram,Tiktok və s.)
- Sosial media üçün həftəlik post planının hazırlanması
- Meta proqramında reklamların yerləşdirilməsi və izlənilməsi
- Sosial mediada paylaşımların edilməsi, müştəri rəylərinin cavablandırılması
- Gündəlik paylaşımlar üçün kontentin hazırlanması
- Məhsulların çəkilişi
- Story planın hazırlanması
- Səhifələrin statistikalarının hesabatı
Namizədə tələblər:
- Təhsil – Ali təhsil;
- 1 ildən çox iş təcrübəsi (Sosial media marketinq (SMM) üzrə ən azı 1 il iş təcrübəsi);
- Yaş həddi 20-35 yaş arası;
- Xarici dil bilikləri: Rus dili, ingilis dili (arzuolunandır)
- Qrafik dizayn proqramları; adobe photoshop ve illusrator, figma, canva (arzuolunandır)
- Video redaktə proqramları; inshot, capcut, adobe premiere pro, final cut pro (arzuolunandır)
- Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı
- Müstəqil işləmək bacarığı, idarəçilik və təşkilatçılıq qabiliyyəti
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komanda ilə işləməyi bacarmalı
İş şəraiti:
- İş günlərinin sayı 6 gün (6-cı gün qısa iş günü);
- İstirahət günü həftədə 1 gün (bazar);
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq.
- Sənədləşdirmə qanunvericiliyə uyğun şəkildə aparılır;