Bioloji Təbabət Klinikası

Şirkət haqqında:
Bioloji Təbabət klinikası Bioloji Təbabətin ən yeni və effektli üsullarını özündə birləşdirir. Klinika 2009-cu il may ayından fəaliyyətə başlanmasına baxmayaraq kadr hazırlığına 2001-ci ildən başlanmışdır. Hazırda Bioloji Təbabət klinikasında müxtəlif ixtisaslar üzrə həkimlər fəaliyyət göstərir. Almaniyada və digər ölkələrdə ixtisaslaşmış Bioloji Təbabət klinikasının həkimləri mükəmməl akademik bilikləri ilə bioloji təbabətdə öyrəndikləri yenilikləri öz təcrübələrində birgə tətbiq etməklə daha böyük uğurlara imza atmışlar. Burada çalışan həkimlər daim bioloji təbabət istiqamətində öz biliklərini və təcrübələrini artırırlar. Belə ki, Almaniya, İsveçrə, Kolumbiya, Belçika, İtaliyadan bioloji təbabət üzrə dünya şöhrətli mütəxəssislər tərəfindən zamanımızın ağır xəstəliklərinin bioloji təbabətlə yeni müalicə üsullarına dair treninqlər, seminarlar və eynı zamanda xəstə qəbulu həyata keçirilir.
Əlaqə vasitələri:
İnsan Resursları üzrə Şöbə Müdiri
Əsas vəzifələr:
- İnsan resursları siyasətinin formalaşdırılması və tətbiqi
- İşə qəbul, işçi münasibətləri, performans dəyərləndirməsi və motivasiya sistemlərinin idarə olunması
- HR komandası və digər struktur rəhbərləri ilə birgə əməkdaşlıq
- HR strategiyalarının şirkətin məqsəd və dəyərlərinə uyğunlaşdırılması
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə və proseslərin təşkili
- İllik planların hazırlanması, hesabatların təqdim olunması
Tələblər:
- İnsan resursları sahəsində ən azı 5 il peşəkar təcrübə
- Xaricdə İnsan Resursları üzrə ali təhsil (bakalavr və ya magistr)
- Səhiyyə və ya xidmət sahəsində HR təcrübəsi üstünlükdür
- Liderlik və idarəetmə bacarıqları
- Azərbaycan və ingilis dillərində səlis yazılı və şifahi ünsiyyət
- Əmək qanunvericiliyi, HR trendləri və müasir idarəetmə metodları üzrə biliklər
Üstünlüklər:
- Beynəlxalq HR sertifikatları (SHRM, CIPD və s.)
- HRM sistemləri ilə təcrübə (ERP və s.)
- Yüksək analitik və təşkilati bacarıqlar
İş yeri: Bakı şəhəri
Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunacaq