LG Bakı

Şirkət haqqında:

“LG Bakı” MMC  -Ləzzət Qida Sənayesi MMC-nin Bakı ofisidir.  Ləzzət məhsullarının satışını həyata keçirir.

"Ləzzət Qida Sənaye" MMC-nin əsası 1995-ci ildə qoyulmuşdur.

1995-ci ildə əsası qoyulmuş "Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyət iki əsas istiqamətdə - gündəlik tələbat mallarının topdan satışı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərir. Qənd istehsalı, çərəz və dənli malların emalı və qablaşdırılması sahəsində istehlakçıların maraq və tələbatlarını müvəffəqiyyətlə təmin edən şirkət, həmçinin Rusiya, Almaniya, Türkiyə, Gürcüstan, Çin, Ukrayna, BƏƏ, Hindistan və digər ölkələrdən olan 50-dən artıq istehsalçı firma ilə əməkdaşlıq edərək uğurlu distributorluq fəaliyyəti həyata keçirir.

Yerli məhsulların davamlı istehsalı, tanınmış xarici firmalarla ticarət əlaqələrini genişləndirmək, o cümlədən Azərbaycanın bütün bölgələrində müştərilərə yüksək keyfiyyətli xidmət göstərmək başlıca vəzifəmizdir. Avropa standartlarına uyğun avadanlıq və qurğularla təchiz edilmiş, yüksək səviyyəli iş şəraiti yaradılmış, eləcə də davamlı inkişaf üçün böyük potensialı olan şirkət dayanıqlı maddi-texniki bazaya malikdir

2010-cu ildə “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC fəaliyyətə başlamışdır. “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC –də dünya standartlarına cavab verən, gündəlik istehsal gücü 3000 kq olan müasir avadanlıqlar quraşdırılmışdır. Fabrikdə vafli, keks, biskvit və digər qənnadı məmulatları istehsal olunur. “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-nin istehsal etdiyi məhsullar az müddət ərzində istehlakçıların rəğbətini qazanmışdır. 

2011-ci ildə isə Naxçıvan Muxtar Respublika əhalisinin keyfiyyətli və ekoloji cəhətdən təmiz quş əti məhsulları ilə təmin olunması məqsədilə “Ləzzət Broyler” MMC təsis olunmuşdur. Naxçıvan Muxtar Respublikasında ən iri quş əti istehsalçısı olan “Ləzzət Broyler” MMC mütəşəkkil istehsal prosesinə malik müasir müəssisədir.

Burada çalışan təcrübəli mütəxəssislər, qurulan müasir avadanlıqlar və keyfiyyətə ciddi nəzarət olunması sayəsində standartlara cavab verən və alıcıların zövqünə uyğun məhsul istehsalına nail olunmuşdur.

“Ləzzət Qida Sənaye” MMC qazandığı uğurlarla kifayətlənməyərək istehlakçıların keyfiyyətli, dünya standartlarına uyğun və rəqabət qabiliyyətli qiymətə malik məhsullarla təmini üçün bütün imkanlardan istifadə edir . Bizim məhsullarımızı digərlərindən fərqləndirən cəhətlər - əla keyfiyyət, ləzzətli dad, istehsal olunan malların ekoloji cəhətdən təmiz və təbii əsaslı olmasıdır.

İstehlakçıların maraqlarının təmini şirkət üçün mütləq prioritetdir

Əlaqə vasitələri:

Satış üzrə qrup rəhbəri (Toyuq məhsullarının satışı)

İş şəraiti:

  • Ünvan: Bakı şəhəri , Babək pr Ə.Nəvai 17
  • İş qrafiki- həftədə 5 gün, 09:00-18:00
  • Əmək haqqı  - razılaşma yolu ilə

 Namizədə tələblər:

  • Yaş: 25-45
  • Azərbaycan dili yaxşı , rus dili arzuolunandır.
  • Müvafiq sahə üzrə minimum 5 il təcrübə
  • Ali təhsil (biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə üstünlük verilir).
  • Analitik düşüncə və problem həll etmə qabiliyyəti.
  • Əla ünsiyyət və təqdimat bacarıqları.
  • Müştərilərlə düzgün ünsiyyətin qurulması və güclü təqdimat bacarığı
  • İşgüzar etik qaydalara riayət olunması
  • Toyuq məhsullarının satışı üzrə təcrübə

İş barədə məlumat:

  • Şirkət hədəflərinə uyğun olaraq satış prosesini idarə etmək
  • Günlük, həftəlik ve aylıq fəaliyyət planlamasını aparmaq 
  • Yeni resurs yaratma fəaliyyətlərini həyata keçirmək 
  • Müştəri potensialı yaratmaq üçün yeni imkanlar inkişaf etdirmək 
  • Sahədə zəruri koordinasiya fəaliyyətlərini həyata keçirmək 
  • Qrup ilə digər strukturlar arasında koordinasiyanı təşkil etmək 
  • Planlı və müntəzəm müştəri ziyarətlərini təşkil etmək 
  • Qrupu ümumi hədəf və məqsəd istiqamətində yönləndirmək 
  • Marketləri mütəmadi olaraq ziyarət etmək

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap