MCB BOKT

Şirkət haqqında:
“MCB BOKT” QSC-nin missiyası müştərilərinə geniş çeşidli lizinq məhsulları təklif etməklə şəffaf və yüksək nüfuza malik şirkət kimi fəaliyyət göstərməkdir. Biz müştərilərin maliyyə ehtiyaclarını qarşılamağa yönəlmiş innovativ məhsullar təqdim etməklə və yüksək müştəri xidməti göstərməklə uzunmüddətli əməkdaşlığı təmin etmək üçün çalışırıq.
Əsas hədəflərimiz:
Müştəri ehtiyacına cavab verən məhsullar yaratmaq və təkmilləşdirmək;
Xidmətlərdən daha asan istifadə etmək məqsədilə yüksək müştəri xidməti göstərmək;
Peşəkar işçi heyətini cəlb etmək və ixtisasını artırmaq;
Güclü maliyyə mövqeyini qorumaq və fəaliyyətdə şəffaflığı təmin etmək.
Əlaqə vasitələri:
Kredit və lizinq əməliyyatları üzrə mütəxəssis
İş şəraiti
- Ünvan: Bakı
- Əmək haqqı: 700-900 Azn
- Müqavilə şərti: Daimi
Vəzifə öhdəlikləri:
- Əməliyyatlar üzrə sənədlərin hazırlanması, imzalanması və təqdim olunmasını həyata keçirmək;
- Kredit və lizinq əməliyyatlarının, müqavilə formalarının daxili qaydalar, tənzimləyici orqanın və qanunvericiliyin tələblərinə uyğun olmasını təmin etmək;
- Lizinq obyektinin və ipoteka predmetinin müvafiq dövlət və notariat orqanlarında qeydiyyatının aparılmasını, təhvil-təslim və sığorta olunmasını təmin etmək;
- Prosedura və daxili təlimatlara uyğun olaraq lizinq və kredit müraciətlərinin icra olunmasını təmin etmək;
- Müştərilərin müraciətlərinə uyğun olaraq tələb olunan sənədləri hazırlamaq və təqdim etmək;
- Dövlət orqanları və tərəfdaşlarla yazılı və şifahi ünsiyyətin aparılması;
- Tələb olunan digər gündəlik tapşırıqların icra olunması;
Tələblər:
- Cinsi - Kişi
- Təhsil - Ali
- Yaş həddi - 22-35
- Müştərilərlə və tərəfdaşlarla şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
- Azərbaycan dili şifahi və yazılı -səlis, ingilis dili şifahi və yazılı orta səviyyədə;
- Təhsil: maliyyə və ya digər uyğun sahədə ali təhsil (bakalavr);
- Kompüter bilikləri;
- Məsuliyyət və dəqiqlik;
- “B” kateqoriyaya aid sürücülük vəsiqəsi olanlara üstünlük verilir;
- Hərbi xidməti bitirmiş və ya xidmətdən möhlət hüququ olanlara üstünlük verilir;
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini şəkil ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. CV-ləri seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.