AZ Logistika and Management Services
Şirkət haqqında:
”AZ Logistika and Management Services” MMC 2009-cu ildən fəaliyyətə başlamış yerli şirkətdir. Şirkətin adı yeni müəssisənin, nəqliyyat və logistika xidmətlərinin geniş spektri üzrə inkişaf etməyə davam edən irimiqyaslı işgüzar fəaliyyəti əhatə edən strategiyasını əks etdirir.
Biz işimizi keyfiyyətin yüksək standartı ilə təmin edən ISO sertifikatlı şirkətik.
Əlaqə vasitələri:
Təhlükəli yüklərin daşınması üçün “E” kateqoriyalı sürücü
Sektor: Neft-qaz, təhlükəli yüklərin/tullantıların daşınması
İş şəraiti:
- İş yeri: İmişli, Şirvan, Ələt
- Əmək haqqı: 900 - 1100 AZN
- Növbə: gündüz və yaxud gecə
- İş rejimi: qanunvericiliyə uyğun olaraq
Vəzifə öhdəlikləri:
- Dispetçer və rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirərərk yüklərin təhlükəsiz və vaxtında daşınmasını təmin etmək
- Yük avtomobillərinin təmizliyi, texniki vəziyyətinə gündəlik nəzarət etmək və nasazlıqları vaxtında texniki heyətə bildirmək
- Təyin olunmuş marşrut üzrə yükləri düzgün və məsuliyyətlə çatdırmaq
- Yol hərəkəti qaydalarına və şirkətin təhlükəsizlik standartlarına ciddi riayət etmək
- Sənədlərin düzgün şəkildə doldurulması, qəbul və təhvili
Tələblər:
- Etibarlı E kateqoriyalı sürücülük vəsiqəsi
- Yükdaşıma sahəsində minimum 3 il iş təcrübəsi
- Yük maşınlarının idarə olunmasında təcrübə
- Məsuliyyətli, intizamlı və etibarlı olmaq
- Uzun məsafəli səfərlərə və regionlara ezam olunmağa hazır olmaq
- Minimum yaş həddi – 21 yaş
Üstünlüklər:
- ADR sertifikatı və yaxud xüsusi sürücülüklə bağlı təlim mərkəzlərində təlim keçmiş namizədlərə üstünlük verilir
- Sürücülükdə qəzasız və intizamlı tarixçəsi olan şəxslərə üstünlük verilir
- Texniki biliklərin olması əlavə üstünlükdür
- Vakuum tipli yük avtomobillərini idarə etməyi bacaran sürücülərə üstünlük verilir
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.