Avrora
Şirkət haqqında:
“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.
“Avrora Qrup” hal-hazırda qida sektorunda ölkəmizin ən aparıcı distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “Heinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. Şirkət distribüter fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir. “Avrora Qrup”un ümumi sahəsi 39000 kv/m olan logistika mərkəzi vardır. “Avrora Qrup” distribüter şirkəti olaraq hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir.
Əlaqə vasitələri:
Memar
Əsas vəzifə öhdəlikləri:
- Layihəçi ilə sahə komandası arasında memarlıq və digər mühəndis bölmələr üzrə əsas əlaqələndirici şəxs kimi çıxış etmək.
- Tikinti layihəsinin memarlıq, konstruksiya, mexanika, elektrik, HVAC və digər çertyojlarının təhlil olunması və birbirinə uyğunluqlarının yoxlanması.
- Layihə sənədlərində olan boşluqların və unudulmuş detalların müəyyən olunması və layihəçi ilə birlikdə optimallaşdırılması.
- Sahə komandası ilə birgə uyğunsuzluq hallarını vaxtında layihəçiyə çatdırmaq, həll yollarının təklif edilməsi.
- Ehtiyac olduqda layihənin 3D modelinin və renderlərinin hazırlanması, vizual alternativ təkliflərin hazırlanması və layihə rəhbərinə təqdim olunması.
- Layihə dəyişiklikləri (reviziyalar) zamanı bütün bölmələrin əlaqələndirilməsi və uyğunluğun təmin olunması
- Layihənin gedişində dizayn niyyətinə uyğunluğun qorunması və texniki qərarların bu istiqamətdə yönləndirilməsi.
- Sahə ilə gündəlik koordinasiya, layihə sənədlərinin izahı və iş prosesinə uyğun yönləndirilməsi.
- İş və material həcmlərinin hesablanmasına dəstək göstərilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- AutoCAD.
- Revit.
- ArchiCAD.
- 3D modelləmə və render ümün proqramları -SketchUp, Lumion, 3ds Max.
- MS Office.
- Memarlıq və mühəndis layihələrinin bölmələrarası oxunması və qarşılıqlı uyğunluğunun təhlili.
- Layihə boşluqlarını aşkarlamaq, layihəçiyə texniki suallar hazırlamaq və yazılı şəkildə sorğular (RFI) göndərmək bacarığı.
- Tikinti prosesində layihəyə uyğunluğun təmin olunmasına nəzarət və sahə komandası ilə əməkdaşlıq
- Layihənin vizuallaşdırılması və dizayn qərarlarının təqdimat halına salınması bacarığı
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Memarlıq və ya inşaat mühəndisliyi ixtisası üzrə ali təhsil.
- Minimum 5 il iş təcrübəsi – layihələndirmə və tikinti mərhələlərində, xüsusilə çoxbölməli layihələrdə.
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Avrora Sənaye Parkı (Hökməli)
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Memar” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.