Avrora
Şirkət haqqında:
“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.
“Avrora Qrup” hal-hazırda qida sektorunda ölkəmizin ən aparıcı distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “Heinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. Şirkət distribüter fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir. “Avrora Qrup”un ümumi sahəsi 39000 kv/m olan logistika mərkəzi vardır. “Avrora Qrup” distribüter şirkəti olaraq hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir.
Əlaqə vasitələri:
Keyfiyyətə nəzarət mühəndisi (CİVİL)
Əsas vəzifə öhdəlikləri:
- Tikinti işlərinin layihə və texniki spesifikasiyalara uyğunluğunu yoxlanılması və təsdiq edilməsi.
- Gündəlik keyfiyyət nəzarəti prosedurlarını icra edilməsi və nəticələrin sənədləşdirilməsi.
- Giriş materiallarının keyfiyyətinə nəzarət edilməsi və lazımi testlərin təşkil edilməsi.
- Beton, armatur, əsas və tamamlayıcı inşaat işləri üzrə texniki yoxlamaları həyata keçirilməsi.
- Keyfiyət sənədləşməsinə nəzarət edilməsi.
- Aşkar edilən uyğunsuzluqların qeydiyyata alınması, hesabatların hazırlanması və həll edilməsinə nəzarət edilməsi.
- Ümumi iş gedişatının qrafikə uyğunluğunun nəzarətdə saxlanılması.
- Podratçıların hazırladığı İPC lərin inşaat hissəsinin yoxlanılması.
- Podratçı və subpodratçılarla keyfiyyət standartları üzrə koordinasiyanın təmin edilməsi.
- Ehtiyac yarandıqda civil işlər ilə bağlı shopdrawing’lərin hazırlanmasına dəstək göstərilməsi.
- Layihə rəhbərinə mütəmadi hesabatın verilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- AutoCAD.
- Tekla Structures.
- MS Office.
- İnşaat normativləri, yerli və beynəlxalq keyfiyyət standartları üzrə bilik (AzDTN, ASTM, BS, EN, ISO və s.)
- D/B , qrunt, izolyasiya , fitout işlərinə nəzarət etmə bacarığı.
- Laborator testlər (beton nümunələri, sıxılma testləri, sınaq aktları və s.) üzrə anlayış və sənədləşdirmə təcrübəsi.
- Keyfiyyətə dair sənədlərin düzgün hazırlanması və arxivlənməsi bacarığı.
- Uyğunsuzluqların idarə olunması və düzəldici/preventiv tədbirlərin təşkili təcrübəsi.
- Tikinti sahəsində yerində yoxlamaların aparılması və texniki hesabatların tərtibi.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- İnşaat mühəndisliyi üzrə ali təhsil.
- Minimum 5 il inşaat layihələrində keyfiyyətin idarə olunması sahəsində təcrübə.
- Tikinti sahəsində iri həcmli layihələrdə iştirak təcrübəsi olanlara üstünlük verilir.
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri : Avrora Sənaye Parkı (Hökməli)
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyətə nəzarət mühəndisi (CİVİL)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.