Liv Bona Dea Hospital
Şirkət haqqında:
Şirkət haqqında
Təsadüfi deyil ki, biz xəstəxanamızı “Bona Dea Beynəlxalq Hospital”ı adlandırmışıq. Roma mifologiyasında Bona Dea şəfa ilahəsidir. Onun məbəd bağçasında xəstələrə şəfalı bitkilərlə qulluq olunurdu. Sağlamlıq simvolu olan ilan da onun atributu idi.
Bona Dea Beynəlxalq Hospitalı Azərbaycanın hal-hazırkı paytaxtı olan Bakıda yerləşir. Bizim xəstəxananın gözəl binası şəhərin Nizami rayonundadır. O, şəhərin əsas avtomagistralı olan Heydər Əliyev prospektinə yaxındır, əlverişlilik bizim üstünlüklərimizdən biridir.
Bununla belə, xəstəxanamızın ən böyük üstünlüyü investorlarımızın Xəzər regionunda güclü, yepyeni və bənzərsiz konsepsiya həyata keçirmək istəyidir: Qərbin xəstəyə baxım keyfiyyətinə əsaslanan xəstəxana. Bu o deməkdir ki, Avropa səhiyyə xidmətlərinin ən yüksək standartlarını təklif etmək xəstəxanamızın əsas məqsədidir. Avropa Birliyi daxilində bir çox avropalı tibbi, orta tibbi və idarə həyəti ilə çalışaraq, eləcə də əsas tibbi müəssisələrlə əməkdaşlıq edərək bu məqsədə çatmağı hədəfləyirik.
Bizim ən əsas hədəfimiz JCI (Beynəlxalq Birgə Komissiyası) akkreditasiyasını əldə etməkdir: bu, qlobal səhiyyə xidmətində qızıl standart hesab olunur. Biz, həqiqətən də, xəstəxanamızın qapılarını azərbaycanlıların, xarici vətəndaşların, diplomatların, tibbi turistlərin və dünya miqyasında bütün xəstələrin üzünə açaraq beynəlxalq xəstəxana olmaq niyyətindəyik.
Əlaqə vasitələri:
Əczaçı
Vəzifə öhdəlikləri:
- Həkimlərin tələbnamə və təyinatlarının qəbul edilməsi
- Dərmanların düzgün şəkildə hazırlanması
- Dərmanların qəbulu və düzgün yerləşdirilməsində iştirak etmək
- Əczaxanaya daxil olan məhsulları yoxlamaq,tərkiblərinə uyğun və tələb olunan qaydada yerləşdirmək
Tələblər:
- Ali tibbi təhsil (Azərbaycan Tibb Universiteti)
- Komandada işləmək qabiliyyəti
- Məsuliyyətli və dürüst olmalı
- Diqqətli və sürətli olmalı
- Gördüyü işə cavabdeh olmalı
- Yaş həddi 25-35
Əməkhaqqı:
- Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq.
- Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
İş rejimi:
- Növbəli
Müraciət üçün:
- Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Əczaçı” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.