Reception (Nərimanov filialı)
İş barədə məlumat:
CaspianVet baytarlıq klinikası heyvanların sağlamlığını ön planda tutaraq, yüksək keyfiyyətli xidmət göstərməyi qarşısına məqsəd qoymuşdur. Klinikamızın qəbul şöbəsində çalışacaq, məsuliyyətli və gülərüz əməkdaş axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- Klinikaya gələn müştərilərin qarşılanması və qeydiyyata alınması
- Zənglərin və onlayn müraciətlərin cavablandırılması
- Həkimlərin qəbullarının idarə olunması və cədvəllərin tənzimlənməsi
- Müştərilərlə nəzakətli və peşəkar ünsiyyətin qurulması
- Gündəlik hesabatların hazırlanması və inzibati sənədlərin təşkili
Tələblər:
- Orta ixtisas və ya ali təhsil (inzibati və ya tibbi sahədə üstünlükdür)
- Rus və Azərbaycan dillərində sərbəst ünsiyyət bacarığı
- MS Office və digər qeydiyyat proqramlarında işləmə bacarığı
- Komandada işləmə və stresə davamlılıq bacarığı
- Məsuliyyətli, punktual və nəzakətli yanaşma
İş şəraiti:
- İş qrafiki: Həftədə 6 gün, saat 10:00 – 20:00
- Əmək haqqı: 500 AZN
- Rəsmi sənədləşdirmə (Əmək Məcəlləsinə uyğun)
- Peşəkar və stabil iş mühiti
- Karyera yüksəlişi imkanı
- Ünvan: Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini və əlaqə məlumatlarını Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərlər. Başlıqda “Reception” qeyd olunması xahiş olunur.
Əlaqə nömrəsi: +994 10 265 62 35