Heritus Group MMC

Şirkət haqqında:
“Heritus Group “ MMC 2020 ci ildə fəaliyyətə başlayan beynəlxalq miqyaslı logistika şirkətidir. Məqsədimiz beynəlxalq stanadartlara cavab verən regionun lider şirkətinə çevrilməkdir. Şirkət yeni fəliyyətə başlasa da artıq beynəlxalq logistika bazarında özünə məxsus mövqeyə malikdir. Heritus Group logistikanin bütün sferalarında , yəni quru yolu daşımaçlığı, dəmiryolu , hava və dəniz daşımaçılığı isitqamətlərində müştərilərinə professional şəkildə daşınma xidməti təklif edir. Məhz professional yanaşmamızın nəticəsidirki Heritus Group şirkətinin müştəri bazasında hazırda 200 yə yaxın partnyor şirkət mövcuddur. Sahib olduğumuz nəqliyyat vasitəsitələri EURO 6 standartlarına tam cavab verir. Heritus Group ölkənin əhəmiyyətli ixrac və idxal tenderlərinin qalibdir . Hazırda aktiv şəkildə export və import yükləmələri həyata keçiririk. Aktiv daşınmalar həyata keçirdiyimiz və eyni zamanda partnyorluq etdiyimiz ölklər MDB ölkləri , Türkiyə , Rusiya , Gürcüstan və Avropa ölkləridir. Heritus Group olaraq fəaliyyətimizi beynəlxalq arenada aktual olan keyfiyyət və uyğunluq meyarları üzərində qurmuşuq və kadr seçimində də bu meyarları nəzərə alırıq.
Əlaqə vasitələri:
Tur operator
Namizədə tələblər:
- Yaş həddi :25-35 yaş
- Cins: Xanım
- Turizm sahəsində ən azı 1 il iş təcrübəsi;
- Amadeus rezervasiya sistemləri üzrə sertifikat və təcrübə;
- Azərbaycan dilində səlis danışıq və yazılı ünsiyyət bacarığı;
- İngilis və rus dilləri biliyi (üstünlük təşkil edir);
- Kompüter bilikləri (MS Office proqramları);
- Yüksək ünsiyyət və müştəri ilə işləmə bacarığı;
- Problem həll etmə və qərar qəbul etmə bacarığı;
- Komanda işinə hazırlıq;
- Səliqəli və məsuliyyətli olmaq.
- Özünün müştəri bazası olanlara üstünlük veriləcək.
Vəzifə öhdəlikləri:
- Müştərilərə səyahət planlaşdırması və rezervasiyası sahəsində yüksək səviyyədə dəstək vermək;
- Aviabiletlərin, otellərin, turların və digər səyahət xidmətlərinin rezervasiyasını həyata keçirmək;
- Müştəri sorğularına operativ cavab vermək və problemlərin həllini təmin etmək;
- Səyahət sənədlərinin hazırlanması və müştərilərə çatdırılması;
- Turizm bazarını izləmək və yeniliklərdən xəbərdar olmaq;
- Şirkətin daxili prosedurlarına riayət etmək.
Biz təklif edirik:
- İş qrafiki: 09:00-18:00;
- 5 günlük iş qrafiki;
- Korporativ nömrə;
- Əmək haqqı müsahibə zamanı təyin olunacaq;
- Əmək müqaviləsi əsasında rəsmi qeydiyyat;
- Karyera inkişafı imkanları;
- Gənc və dostluq dolu kollektiv.