Azersun Holding

Şirkət haqqında:
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Qida sektorunda Azərbaycanın istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq" tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. Sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir.
"Azərsun Holdinq" fəaliyyətə başladığı gündən ölkənin inkişafı üçün yalnız iqtisadi sahədə atılan addımların yetərli olmadığını görür, həyata keçirilən iqtisadi layihələrin toplumların mədəni dəyərlərinə və sosial həyat vərdişlərinə söykənmədən, ondan ilham almadan reallaşmayacağına inanır. Bu dəyərli mirasın ərsəyə gəlməsi, qorunması və gənclərə ötürülməsi yönündə "Azərsun Holdinq" öhdəsinə götürdüyü missiyanı bu gün də eyni həyəcanla yerinə yetirməkdədir. "Azərsun Holdinq", Azərbaycanı Azərbaycan edən mədəni dəyərləri yalnız ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi missiyasının bir hissəsi kimi qəbul edir.
Əlaqə vasitələri:
Korporativ katib
Müəssisə: AZ SƏNAYE SIĞORTA ASC
Tələblər:
- Ali təhsil (Hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə);
- Maliyyə və ya hüquq sahəsi üzrə 3 (üç) illik iş təcrübəsi;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- Dil bilikləri: Azərbaycan – əla, Rus- yaxşı, İngilis dili- Orta;
- Yüksək səviyyəli kommunikasiya bacarıqları (həm yazılı, həm də şifahi);
- Konfidensiallığı qorumaq qabiliyyəti, nəzakətli və həssas davranış;
- Məsuliyyətlilik və işdə dəqiqlik.
Vəzifə öhdəlikləri:
- Səhmdarların ümumi yığıncağının, Müşahidə Şurasının və onun komitələrinin iclaslarının planlanması, çağırılması və keçirilməsini təmin etmək;
- Həmin iclasların gündəliyini tərtib etmək, iclasdan əvvəl iştirakçıları yenilənmiş məlumatlarla və digər zəruri resurslarla təmin etmək;
- Müşahidə Şurasının və onun komitələrinin fəaliyyətinin effektiv təmini üçün zəruri olan siyasət və prosedurların hazırlanmasına dəstək vermək;
- Müşahidə Şurası, onun komitələri, İdarə Heyəti və səhmdarlar arasında effektiv kommunikasiyanın qurulmasını təmin etmək;
- Sığortanın korporativ idarəetmə strukturunun gücləndirməsi üçün zəruri tədbirlər müəyyən edilməsində iştirak etmək;
- Müşahidə Şurasının sədri ilə birgə sığortanın korporativ idarəetməsinin sığortanın məqsədlərinə uyğunluğunu dövri olaraq nəzərdən keçirmək;
- Müşahidə Şurası üzvlərinin peşəkar inkişafını təmin etmək, o cümlədən təlimlər təşkil etmək və lazımi dəstək göstərmək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı:
- Əmək haqqı: Razılaşma yolu ilə;
İş yeri:
- Bakı şəhəri.