Hilton Garden Inn Baku

Otaq xidmətçisi (Housekeeping/room attendant)
Hilton Garden Inn Baku komandasının bir hissəsi olun və kariyeranızı inkişaf etdirin!
İş barədə məlumat:
- Şöbə: Təmizlik
- Vəzifə: Otaq xidmətçisi (Housekeeping/room attendant)
- Ünvan: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- Otaqların tam təmizliyini təmin etmək, yataq dəstləri, döşəklər, mebellər, və digər əşyaları təmizləmək;
- Yastıq örtükləri, çarşaflar və digər yataq dəstlərinin dəyişdirilməsi;
- Otaqları hər gün, qonağın tələbi əsasında və ya müəyyən olunmuş təmizlik cədvəlinə uyğun təmizləmək;
- Otaqların və hamamların gigiyena standartlarına uyğunluğunu təmin etmək;
- Sabun, şampun, dəsmal və digər gigiyenik məhsulları təmin etmək və yeniləmək;
- Otaq əşyalarının və cihazlarının düzgün işlədiyini təmin etmək və təhlükəsizlik qaydalarına riayət etmək;
- Qonaqların otaqda xüsusi tələblərini diqqətlə yerinə yetirmək;
- Qonaq şikayətlərini və ehtiyaclarını dinləmək və müvafiq tədbirlər görmək;
- Müəyyən edilmiş iş cədvəlinə riayət etmək və işlərin vaxtında yerinə yetirilməsi;
Tələblər:
- Orta təhsil (lisey diplomu) tələb olunur. Otelçilik və ya gigiyena sahəsində əlavə təhsil müsbət qiymətləndirilir;
- Sanitariya standartlarına və təmizlik prosedurlarına riayət etmək bacarığı;
- Təmizlik alətləri və məhsullarının düzgün istifadə edilməsi və təhlükəsizliyi ilə bağlı məlumatlılıq;
- Effektiv ünsiyyət, problem həll etmə və qərar qəbul etmə qabiliyyəti;
İşçinin təminatları:
- Qidalanma (işçi yeməkxanasında);
- Tabia Group tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
Uyğun namizədlərdən +994 10 234 01 56 nömrəsi ilə əlaqə saxlamaları və ya CV-lərini mövzu yerinə “Otaq xidmətçisi” yazmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.