Tibbi avadanlıqlar üzrə texniki məsləhətçi
Tələblər:
- Ali texniki təhsil;
- Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsinə malik olmaq;
- Kompüter bilikləri (MS Office);
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
- Kollektivlə işləmə bacarığı;
- Operativ, gördüyü işə cavabdehlik;
- Yaş həddi: 25-40 arası;
İş barədə məlumat:
- Texniki servis işlərinin həyata keçirilməsinə, iş keyfiyyətinə nəzarət etmək, xidmət əməliyyatlarında zəruri prosesləri həyata keçirmək;
- Tibbi cihazların quraşdırılması və istifadəsi ilə bağlı texniki xidmət və təmir prosesini təhlil etmək və yönləndirmək;
- Texniki xidmət tədbirlərinin işlənib hazırlanmasına və təkmilləşdirilməsinə töhfə vermək, layihələrdə bütün texniki xidmət aspektlərini idarə etmək və onları həyata keçirmək;
- Müştəri istəkləri əsasında servisin mənfəətinin artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirmək, müştəri şikayətlərini qəbul və tətqiq etmək;
- Aşkar edilmiş nöqsanları aradan qaldırmaq üçün tədbirlər planı hazırlamaq və yönləndirmək;
- Fəaliyyətin optimallaşdırıldığına, avadanlıqların etibarlılığının və icra göstəricilərinin təkmilləşdirildiyinə təminat vermək üçün texniki xidmət cədvəlinin düzgünlüyünü təmin etmək;
- Podratçılar və təchizatçılar üçün texniki xidmət strategiyası planlarını nəzərdən keçirmək, texniki xidmət planlarını və qrafiklərini işləyib hazırlamaq və onların icrasına təminat vermək;
- Tamamlanma və avadanlıqların qəza təmirindən əldə olunan təcrübəni texniki xidmət cədvəllərinə və lazım gəldikdə, plandankənar texniki xidmətə daxil etmək;
- Texniki xidmət vasitələri, xüsusi alətlər və texniki xidmət üzrə sərfiyyat materiallarının saxlanılması və izlənilməsinə görə məsuliyyət daşımaq;
- Servisin gəlirliliyini artırmaq üçün sistemli şəkildə fəaliyyət göstərmək;
- Standart sevis məhsulları yaratmaq, qiymət siyasətini müəyyən etmək;
- Layihələr üzrə servis maya dəyərinin hesablanması, yekun qiymətin qoyulması üçün rəhbərliyə təkliflərin verilməsi.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki-5 günlük
- Əmək haqqı razılaşma yolu ilə