Qala Group

Şirkət haqqında:
Qala Group, yüksək ixtisaslı mütəxəssislər qrupu tərəfindən hazırlanmış memarlıq və inşaat həlləri təklif edən, müasir və yaradıcı bir şirkətdir. Komandamız 2010-cu ildən layihələr həyata keçirir və inşaat sahəsində innovativ, misilsiz və müasir layihələrlə seçilir. Bu müddət ərzində biz birinci dərəcəli peşəkarlar komandası yaratmışıq, geniş texniki baza ilə təmin olunmuşuq və böyük təcrübə toplamışıq. Bütün bunlar bizə ən mürəkkəb və qeyri-standart layihələri də uğurla həyata keçirməyə imkan verir.
Biz Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İsrail və Gürcüstan kimi ölkələrdə kommersiya və yaşayış obyektlərinin layihələndirilməsi və tikintisi üzrə geniş xidmətlər şəbəkəsi yaratmışıq.
Peşəkar komandamız sayəsində, uzun illərə dayanan təcrübəmizə və bu sahə üzrə biliklərimizə əsaslanaraq interyer dizayn, landşaft dizayn, layihələndirmə, inşaat, infrastruktur işləri üzrə xidmətlər göstəririk.
Qala Group – memarlıq üslubu, praktikliyin bacarıqlı toxunuşu və trend meylləri ilə fərqlənir.
Əlaqə vasitələri:
Aparıcı Satınalma Mühəndisi – Tikinti
İş şəraiti
- İş yeri: Bakı şəhəri, tikinti sahələri və baş ofis
- İş rejimi: Tam ştat, 5 günlük iş qrafiki
- Əməkhaqqı: Müsahibə əsasında (təcrübəyə uyğun)
Vəzifənin məqsədi:
- Tikinti-təmir layihələrində istifadə olunan inşaat materialları və mühəndislik sahəsinə aid texniki avadanlıqların düzgün, vaxtında və keyfiyyətli şəkildə təchizatını təşkil etmək.
Əsas vəzifə öhdəlikləri:
- Tikinti və təmir layihələri üzrə material və avadanlıq tələblərinin toplanması və təhlili
- Təsdiq olunmuş tələblər üzrə sifarişlərin hazırlanması və təchizatın təşkili
- Təklif toplanması, qiymət müqayisəsi və tədarükçülərlə danışıqların aparılması
- Satınalmaların mühəndislik və texniki uyğunluğunun yoxlanılması
- Layihə sahələri ilə koordinasiyalı işləmə və sahə üzrə təxirəsalınmaz tələblərin təmin edilməsi
- 1C, Excel və digər ERP sistemləri ilə təchizat axınının izlənməsi
- Təchizat müqavilələrinin hazırlanması və sifarişin icra mərhələlərinə nəzarət
Namizədə dair tələblər:
- Ali texniki təhsil (İnşaat mühəndisliyi, Mühəndis sistemləri, Logistika və ya oxşar sahə üzrə)
- Tikinti sahəsində və ya texniki təchizat üzrə minimum 3–5 il təcrübə
- Tikinti-təmir materialları və mühəndislik avadanlıqları üzrə bilik və bazar tanışıqlığı
- Texniki spesifikasiyalarla işləmə bacarığı
- Təchizat sənədləri və müqavilə prosedurlarında təcrübə
- Analitik düşüncə, məsuliyyət və nəticə yönümlü yanaşma
- MS Office, Excel və 1C proqramlarında işləmə bacarığı
Biz təklif edirik:
- Dinamik tikinti layihələrində iştirak imkanı
- Komandada təcrübəli mühəndislərlə işləmək
- Karyera inkişafı və bacarıqların genişləndirilməsi imkanı
- Rəqabətli əmək haqqı və şəffaf iş mühiti
Müraciət qaydası:
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Aparıcı Satınalma Mühəndisi – Tikinti” qeyd etməyiniz xahiş olunur.