VMF

Şirkət haqqında:
VMF Şirkəti 1997-ci ildən Azərbaycan saat bazarının pioneri olaraq, dünya şöhrətli İsveçrə, Yaponiya saat markalarının ölkəmizdə tanınması və sevilməsində, keyfiyyətli və brend saat mədəniyyətinin yaradılmasının təməlində durur.
Artıq 22 ildən çoxdur ki, VMF ən son dəb, texnoloji yeniliklərlə zənginləşdirilən brend saatlarını dünya bazarı ilə eyni anda öz alıcılarına təqdim edir.
VMF Şirkətinin yaradılması ANS Şirkətlər Qrupunun Qurucusu Vahid Mustafayevin uzaqgörənliyi ilə bağlıdır. Daim inovasiya və yeniliklərin axtarışında olan Vahid Mustafayev bu dəfə saat mədəniyyətinin təməlini qoyaraq, dünya şöhrətli saat markalarını bir arada toplamaq qərarına gəlir. Uzun illər qiymətçə ucuz olan və yalnız Sovetlər Birliyi tərkibindəki ölkələrdə satılan bir neçə saat markasından, daha bahalı və hələ Azərbaycan üçün tanınmayan saatlara keçmək kimi çətinliklərlə üzləşəcəyinə baxmayaraq o, 1997-ci ildə VMF adlı Şirkətini yaradır və özü onun idarəçiliyinin başına keçərək ideyalarını həyata keçirtməyə başlayır.
VMF yalnız saat markalarının təmsilçisi deyil. İsveçrənin məhşur Carand’Ache qələmləri, Wenger və Viktorinox bıçaqları, Amerikanın Zippo alışqanları ilə öz biznesini daha da genişləndirdi.
Əlaqə vasitələri:
Satış və alış üzrə menecer
İş şəraiti
- İş yeri: Bakı şəhəri Qobu qəsəbəsi
- İş qrafiki: Həftədə 6 iş günü
- Əməkhaqqı: Bilik və bacarıqlara əsasən
Vəzifənin məqsədi:
VMF şirkətində satış və alış proseslərini bütövlükdə idarə edərək məhsul axınının səmərəli təşkilini təmin etmək; salonların gündəlik fəaliyyəti və satış komandalarının effektiv çalışmasına nəzarət etmək; satış strategiyasını inkişaf etdirmək və müştəri məmnuniyyətini yüksəltmək.
Əsas vəzifələr:
- Satış və Alış İdarəçiliyi
- Brendlər üzrə məhsul qalığının salonlar və anbarda nəzarətdə saxlanmas
- Günlük və aylıq satış göstəricilərinin təhlili və rəhbərliyə hesabat
- Aylıq, rüblük və illik sifariş planlarının hazırlanması
- Reklam və vitrin materiallarının vaxtında sifarişi və bölgüsü
- Məhsulların 1C proqramında düzgün nomenklaturaya uyğun yaradılması
- Məhsulların satış nöqtələrinə optimal bölgüsünün təşkili
- Sifariş prosesi zamanı yaranan problemlərin operativ həlli
- Salonların İdarə Edilməsi
- Hər gün salonlarla əlaqə və işə gündəlik nəzarət
- Malların düzgün düzümləri və vizual təqdimatına nəzarət
- Təmizlik və vitrin standartlarının qorunması
- Reklam və satış mallarının qalığının yoxlanması və sistemə düzgün işlənməsi
- Satış artımı üçün təşəbbüslərin hazırlanması və tədbiqi
- Rüblük əsasda salonların rentabellik hesabatlarının hazırlanması
- Mövcud və yeni salonların yerləşmə və inkişaf planlarında iştirak
- Satış Komandasının İdarə Edilməsi
- İşçi qrafiklərinin tərtibatı və işçilərin rotasiyası
- Yeni namizədlərin seçimi və təlimində iştirak
- Komanda daxilində motivasiyanın və əməkdaşlıq ruhunun yaradılması
- Geyim kodeksi, şəxsi gigiyena və korporativ qaydalara riayətə nəzarət
- Mütəmadi komanda iclaslarının təşkili və məhsuldarlıq üzrə təkliflərin toplanması
- Kommersiya sirrinin qorunması və daxili etikaya əməl olunması
- İşçi performansının analizi və inkişaf təkliflərinin verilməsi
- Servis və Texniki Dəstək
- Servisə göndərilən saatların sistemdə düzgün qeydiyyatı
- Ehtiyat hissələrinin vaxtında sifarişi
- Servisə daxil olan və çıxan məhsullar üzrə hesabatların hazırlanması
- Servis proseslərində yaranan problemlərin vaxtında aradan qaldırılması
Namizədə tələblər:
- Satış və ya təchizat sahəsində minimum 2-3 il iş təcrübəsi
- 1C proqramı üzrə iş bacarığı
- Liderlik və komanda idarəetmə bacarığı
- Satış analitikası və strategiyasına dair biliklər
- Problem həll etmə və qərarvermə qabiliyyəti
- Detallara diqqət və yüksək məsuliyyət hissi
Müraciət üçün:
- CV-nizi Müraciət et düyməsində qeyd olunan email ünvanına göndərin. Mövzu hissəsində “Satış və Alış üzrə Menecer” yazmağı unutmayın.
Əlaqə: 0502578036