Azmerika

Şirkət haqqında:
Azmerika MMC 2019-cu ilin dekabr ayından etibarən bir çox xarici brendlərin rəsmi distribütorluğunu həyata keçirir. Şirkətimiz gənc olmasına baxmayaraq, mühərrik yağı bazarında xüsusi nüfuza malik olan mühərrik yağı brendləri ilə əməkdaşlıq edir.
Belə ki, Azmerika MMC, ABŞ brendi olan AMSOIL, Kanada brendi olan Petro-Canada mühərrik yağlarının, həmçinin Tayvan markası olan Maxxis təkərlərinin Azərbaycandakı yeganə rəsmi distribütorudur.
Əlaqə vasitələri:
Satış nümayəndəsi
Tələblər:
- Cins: Kişi;
- Yaş : 25 – 35;
- Təhsil : Ali;
- İş təcrübəsi:1 ildən 3 ilə qədər;
- Şəxsi avtomobil və sürücülük vəsiqəsi olmalı;
- Bazar təhlil edə bilmə və aktiv şəkildə araşdırma bacarığı olmalı.
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı olmalı;
- Komandada işləmə bacarığı olmalı;
- Dil bilikləri: Azərbaycan.(rus dilini bilənlərə üstünlük verilir)
İş barədə məlumat:
- Şirkətin məhsullarının satışının təşkili (Mühərrik yağları və avtomobil şinləri);
- Mövcud müştəri bazasının genişləndirilməsi;
- Müştərilərin aktiv axtarışı və cəlb edilməsi;
- Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi;
- Satış planlarının yerinə yetirilməsi;
- Kommersiya təkliflərinin verilməsi;
- Satış nöqtələrinin vaxtlı vaxtında rut üzrə vizit olunması və yoxlanılması
İş şəraiti:
- İş qrafiki: I-V günlər, 09:00-dan-18:00-dək;
- İstirahət günü: şənbə və bazar
- Əmək haqqı 1500-2000 AZN (bonus sistemi)
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına cv-lərini göndərə bilərlər.
Şirkət haqda axtarış edərkən Amsoil, PetroCanada, Eneos, Fosser markaları üzərindən axtarış etməyiniz xahiş olunur.