PASHA Insurance

Şirkət haqqında:
PAŞA Sığorta şirkəti 2006-cı ildə təsis olunub və yarandığı gündən müştərilərin rahatlığına təminat verir. Şirkətin nizamnamə kapitalının həcmi 50 milyon AZN təşkil edir. Bu cür yüksək səviyyəli kapital PAŞA Sığorta şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirmək üçün zəruri maliyyə imkanı formalaşdırır və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. Bununla yanaşı, Şirkətin öz vəsaitləri ilə kifayət qədər təmin olunması onun gələcək inkişafı üçün zəmin yaradır.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi ölkənin aparıcı sığorta şirkətlərindən olan “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib. Agentlik Şirkətin kapital adekvatlığını yüksək qiymətləndirib.
PAŞA Sığorta öz fəaliyyətini “ISO 10001: 2018” beynəlxalq standartına əsasən Keyfiyyətin İdarə Olunması Sisteminə uyğun həyata keçirir.
Hazırda Şirkət 36 icbari və könüllü sığorta növü üzrə 300.000-ə yaxın fiziki və hüquqi şəxsə xidmət göstərir.
Əlaqə vasitələri:
Vergilər üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması.
- Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi.
- Gəlir vergisi, qeyri rezident ƏDV, ÖMV əmlak vergisi və s. kimi Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi.
- Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması
- Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması.
- Təxirə salınmış vergilərin hesablanması
- Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi
- Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət.
- Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi
Namizədə tələblər:
- Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil
- Müvafiq sahə üzrə 2 ildən artıq iş təcrübəsi
- Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq
- 1C 8.3 biliyi
- Azərbaycan dili biliyi mütləqdir. Rus dili biliyi üstünlükdür
- Sertifikatlar: PMS ACCA F3
Bilik və bacarıqlar:
- Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil
- Texniki biliklər
- Gəlir və zərər hesabı
- Balans cədvəli
- Pul vəsaitlərinin hərəkəti
- Maliyyə qaydaları və qanunları
- Maliyyə səmərəliliyi göstəriciləri
- Maliyyə uçotu və əlaqədar sistemlər
- Maliyyə riskləri və potensial təsirlər
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.