ADMEDIA MMC

Şirkət haqqında:
"Admedia" Reklam Agentliyi 2009-cu ildən fəaliyyət göstərir. "Admedia"nın xidmətləri: Televiziya və Radio reklamı, Rəqəmsal Marketinq, Sosial Media Marketinq, PR, Sərgilər və Tədbirlər, Daxili və Çöl reklamları, Reklam istehsalı, Çap və Poliqrafiya, Brendiq, Diayn və Kreativ xidmətlər. Azərbaycan və beynəlxalq səviyyədə 360 dərəcəli reklam fəaliyyəti və 15 illik peşəkar təcrübəyə malikdir.
Əlaqə vasitələri:
SMM menecer
“Admedia” Reklam Agentliyi olaraq komandamıza əməkdaşlıq etdiyimiz Hospitalın sosial medialarını inkişaf etdirəcək, kreativ kontent yaradacaq və auditoriyanı cəlb edəcək SMM menecer axtarırıq!
Vəzifə öhdəlikləri:
- Hospitalda olan yeniliklərlə bağlı məlumatları agentliyə ötürmək;
- Gündəlik sstory çəkilişləri etmək və paylaşmaq
- Həkimlərlə daima kommunikasiyada olmaq və agentliklə koordinasiya etmək
- Trendləri izləmək və yeni formatlar tətbiq etmək (RTM, trend reels və s.)
- Məzmunun effektivliyini analiz etmək, hesabatlar hazırlamaq və təkmilləşdirmə təklifləri vermək.
- Dizayn və kopiraytinq komandası ilə daima ünsiyyətdə qalmaq.
Tələblər:
- 1-2 il SMM sahəsində iş təcrübəsi (Hospital təcrübəsi üstünlükdür);
- Capcut bilikləri;
- Məsuliyyətli olmaq və analitika ilə işləmək;
- Kreativ komanda (dizaynerlər, kopirayter və fotoqraf, videoqrafla daima ünsiyyətdə qalmaq) və həkimlər ilə daima ünsiyyətdə olmaq.
Təklif edirik:
- Rəqabətədavamlı əməkhaqqı
- Öz ideyalarınızı reallaşdırmaq imkanı
- Dostyana və peşəkar komanda
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.