Z&Z Motors

Şirkət haqqında:
Z&Z motors 1991 ci ildən avtomobil ehtiyyat hissələrinin topdan satış fəaliyyət növü ilə məşğuldur.
Əlaqə vasitələri:
Deklarant (Gömrük bəyannamələrinin tərtibi üzrə mütəxəssis)
İş barədə məlumat:
- Gömrük Bəyənnamələrinin elektron qaydada doldurulması və elektron imza ilə təsdiqlənməsi
- Azərbaycan Respublikası Dövlət Gömrük Rəsmiləşdirilməsi üzrə mütəxəssisin İxtisas Attestatı
- Azərbaycan Respublikası Gömrük qanunvericiliyinin yaxşı səviyyədə bilmək, elektron məlumat bazasında (asan imza) bəyannamələrlə işləmək təcrübəsinin olması
- Gömrük bəyannaməsinin və nəqliyyat sənədlərini düzgün və cəld şəkildə tərtibi.
- Gömrük rüsumlarının əvvəlcədən hesablanması
- Qısa idxal(QİB) və gömrük bəyannamələrinin (GB) tərtib edilməsi (idxal, müvəqqəti idxal, vəs.),
- Təqdim olunan sənədlər əsasında CMR, invoys və digər mal-müşaiyət sənədlərinin hazırlanması
- Rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirilməsi
- İş vaxtı: beş günlük iş qrafiki, istirahət həftənin şənbə, bazar günü
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə (əmək müqaviləsi)
- Əmək haqqı qeyd olunan tələblərə cavab verən namizəd ilə razılaşma əsasında təyin olunacaq.
Namizədlərə qarşı tələblər:
- Azərbaycan dili -ana dili, rus dili arzuolunan;
- İngilis dili arzuediləndir.
- Azərbaycan Respublikası Gömrük qanunvericiliyindən məlumatlı olmaq;
- Yaş həddi 25-50 ;
- İş təcrübəsi 3 ildən çox olmalı;
- MS office proqramları ən əsası Excel bilikləri yüksək səviyyədə olmalı;
- Məsuliyyətli və işində dəqiq;
- Ünsiyyətcil, təşəbbüskar ;
- Komanda şəklində işləməyi bacarmalı;
- Analitik yanaşma qabiliyyəti
- İşdə dəqiqlik və detallara fikir vermə bacarığı.
Tələblərə cavab verən namizədlər, xahiş edirik məktubunuzun mövzu hissəsində vakansiyanın adını Deklarant (Gömrük bəyannamələrinin tərtibi üzrə mütəxəssis) qeyd edib CV formanızı Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərsiniz.