ABB ASC

Şirkət haqqında:
“ABB” ASC 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb. ABB hazırda aktivlərinin həcminə, müştəri bazasına və beynəlxalq əməliyyat portfelinə görə Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biridir. Azərbaycanın müxtəlif regionlarını əhatə edən 75 filial və şöbəsi ilə bank fərdi və korporativ müştərilərə universal bank xidmətləri göstərir. Bankın xidmət etdiyi hüquqi şəxslərin sayı 18000-ə yaxın, fiziki şəxslərin sayı isə 1.3 milyondan çoxdur. Yeni inkişaf mərhələsində strateji hədəflərinə doğru irəliləyən ABB bu gün 2700-dən çox peşəkarı özündə birləşdirir.
ABB neft-kimya, nəqliyyat-kommunikasiya, energetika və s. sahələrdə reallaşdırılan irimiqyaslı dövlət layihələrində, sosial proqramlarda yaxından iştirak edir. Eyni zamanda iri, kiçik və orta sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə fəal dəstək verir.
1996-cı ildə ABB “AzəriKard” prosessinq şirkətini təsis etməklə ölkədə kart-prosessinq fəaliyyətinin əsasını qoyub. 1997-ci ildə Bank "VISA" və "MasterCard", sonrakı illərdə "American Express", Union Pay, Diners Club, JCB beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlığa başlayıb. Hazırda ABB ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bank öz müştərilərinə "VISA", "MasterCard", "American Express" və Union Pay beynəlxalq ödəniş sistemlərinin fərqli kart çeşidlərini təklif edir. Bu bank müştərilərə "American Express" ödəniş kartlarını təklif edən, həmçinin JCB kartları ilə əməliyyat imkanı yaradan ilk və yeganə Azərbaycan Bankıdır.
ABB ölkədə ən geniş ATM şəbəkəsinə malik bankdır. Hazırda bankın Azərbaycanın müxtəlif regionlarını əhatə edən 900-ə yaxın ATM-i, ticarət və xidmət müəssisələrində 13 mindən çox POS terminalı var.
Azərbaycanda pensiya və əməkhaqqı ödənişlərinin plastik kartlarla ödənişi ilk dəfə məhz ABB tərəfindən həyata keçirilib.
Hazırda bankın aktiv ödəniş kartlarının sayı 1 milyon 300 mindən çoxdur.
Müştərilərin rahatlığını düşünərək ABB ölkədə ilk dəfə olaraq Randevü xidmətini yaradıb. Bu xidmət müştərilərə filiallarda növbəyə dayanmadan görüş təyin etmək, xidmət vaxtını əvvəlcədən müəyyənləşdirmək imkanı verir. Müştərilər bu xidmətdən internet üzərindən, yaxud telefon zəngi ilə faydalanırlar. 2019-cu ildə ABB çoxfunksiyalı Tamkart məhsulunu təqdim edib. 2020-ci ildə isə Bank ABB Miles kartlarını müştərilərin istifadəsinə verib.
Əlaqə vasitələri:
İcra orqanları ilə iş şöbəsinin hüquqşünası / aparıcı hüquqşünası
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
- rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- yüksək komanda ruhunda əməkdaşlıq;
- karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Problemli kreditlərlə bağlı Bankın xeyrinə çıxarılan məhkəmə qərarlarının icra olunması üçün lazımi tədbirləri həyata keçirmək;
- Problemli kreditlərlə bağlı Bankın maraqlarına uyğun olmayan məhkəmə və icra şöbələrinin qərarları ilə bağlı vəsatətlər vermək, bu cür qərarlardan şikayət vermək;
- Problemli kreditlərlə bağlı qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə bağlı verilən tapşırıqları yerinə yetirmək;
- Tələbin borcluların gəlirlərinə və əmlaklarına yönəldilməsi üçün zəruri hüquqi addımların atılmasını təmin etmək;
- Problemli kreditlərlə bağlı keçirilən hərraclarda qanunvericiliyə müvafiq olaraq iştirak etmək və zəruri tədbirləri görmək.
Bizim üçün uyğun namizəd:
- Ali hüquqi təhsilə;
- Azərbaycan dilində yüksək, rus dilində orta səviyyədə biliklərə;
- MS Office yüksək səviyyədə iş bacarığına sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.