Zeytun Pharmaceuticals

Şirkət haqqında:
“Zeytun Pharmaceuticals” MMC - 09 oktyabr 2014-cü ildə təsis edilmişdir. Ölkə hüdudları üzrə 1200-dən çox apteklərə sahib olan “Zeytun Pharmaceuticals” MMC geniş bir şəbəkəyə malik olmaqla yanaşı ölkənin bütün bölgələrində daxili və xarici bazarlardan təchiz edilmiş dərman vasitələrinin topdan və pərakəndə satışı üzrə fəaliyyətini həyata keçirir. Ölkənin əczaçılıq sektorunda idxalçısı olduğu yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə seçilən Şirkətimiz Azərbaycan səhiyyə sisteminin istər dövlət, istərsə də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmətinlərini göstərməkdədir. Ən əsası Şirkətin qazandığı bütün uğurların özəyi isə loyallılıq və etimadlılıq sütunları üzərində formalaşdırılmış peşəkar heyət və idarəetmə standartlarıdır. Məhz bu peşəkar heyət və idarəetmə standartları hesabına da Cəmiyyətimizin uğurlarının hüdudları bitməzdir....
Əlaqə vasitələri:
İnsan Resursları Əməliyyatları üzrə Mütəxəssis
Ümumi tələblər:
- İnsan resursları, biznesin idarəolunması və ya digər əlaqəli sahə üzrə ali təhsil (müvafiq sahədə magistr dərəcəsinin olması üstünlükdür);
- Mükəmməl səviyyədə Əmək məcəlləsi bilikləri;
- Ofis proqramlarında işləmək bacarığı;
- İR əməliyyatları üzrə ən azı 2 il iş təcrübəsi;
- Ünsiyyət davranış, komandada işləmək, idarəetmə bacarıqları;
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən yeni işçilərin sənədlərinin qəbulu, əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi, xitam verilməsi, vəzifə dəyişikliyi, mükafatlandırılması, ezamiyyətə göndərilməsi və sair ilə bağlı sənədlərin rəsmiləşdirilməsi, habelə Əmək Müqaviləsi bildirişlərinin ƏMAS altsisteminə daxil edilməsi, müvafiq sənədləşmənin icra edilməsi və ƏMAS-la bağlı digər əməliyyatların vaxtında yerinə yetirilməsi;
- Qanunvericiliyin tələblərinə uyğun bütün növ əmrlərin hazırlanması, təsdiqlənməsi və onların qeydiyyatının aparılması;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin müntəzəm qeydiyyatının aparılması;
- İşdən azad olunan işçinin son haqq-hesabı (iş günü, məzuniyyət və s.) barədə məlumatları maliyyə şöbəsinə təqdim etmək;
- İşçilərin aylıq hesabatlarının hazırlanması;
İş şəraiti:
- İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı namizədin təcrübəsindən asılı olaraq dəyişir.qaxc
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.