Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis (QA Specialist)
Namizədə Tələblər:
- Ali texniki təhsil;
- Müvafiq sahədə (manual və ya avtomatlaşdırılmış testlər) minimum 1 il iş təcrübəsi;
- Test prosesləri, metodologiyaları (Regression, Functional, UI/UX, Integration, Acceptance testləri və s.) haqqında biliklər;
- Test sənədlərinin hazırlanması bacarığı (test plan, test case, test report);
- Veb və mobil tətbiqlərin test olunması üzrə təcrübə;
- Jira, Microsoft Teams və s. layihə və test idarəetmə alətləri ilə işləmə bacarığı;
- Avtomatlaşdırılmış test alətləri ilə tanışlıq (Selenium, Postman, JMeter, Cypress və s.) – üstünlükdür;
- SQL sorğularını işlətmə və verilənlər bazası ilə işləmə bacarığı – üstünlükdür;
- Diqqətli, məsuliyyətli və detallara qarşı həssas yanaşma;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
Vəzifə Öhdəlikləri:
- Proqram təminatının texniki tələblərinə və biznes ehtiyaclarına uyğunluğunu yoxlamaq;
- Test ssenariləri və test planlarının hazırlanması;
- Manual və avtomatlaşdırılmış testlərin aparılması;
- Tapılan nasazlıqların sənədləşdirilməsi və komanda ilə paylaşılması;
- Geri bildirimlərin izlənməsi və təkrar testlərin keçirilməsi;
- Layihə komandası ilə sıx əməkdaşlıq edərək proqramın keyfiyyətini təmin etmək;
- Test nəticələrinə dair hesabatların hazırlanması;
- Layihə müddətində keyfiyyət standartlarına uyğunluğu təmin etmək.
Əlavə Məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00 – 18:00);
- İş yeri: Bakı şəhəri;
- Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Şərtlər:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əməkhaqqı - Əməkhaqqı namizədin təcrübəsinə əsasən müəyyən ediləcək.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (QA Specialist) qeyd edərək, Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.