Aparıcı mühasib
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun aparılması və müvafiq sənədlərin düzgün tərtib edilməsi;
- Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim olunması;
- Elektron qaimələrin tərtib edilməsi və e-qaimə portalında işləmək;
- Bank əməliyyatlarının aparılması və gündəlik maliyyə əməliyyatlarının uçotu;
- Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər sosial ödənişlərin hesablanması;
- Audit və yoxlamalar zamanı tələb olunan sənədlərin təqdim olunması;
- Rəhbərliyə aylıq maliyyə hesabatlarının təqdim olunması.
Tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə);
- Mühasibatlıq sahəsində minimum 3 illik iş təcrübəsi, o cümlədən aparıcı və ya baş mühasib köməkçisi kimi təcrübə üstünlükdür;
- Vergi Məcəlləsi və müvafiq qanunvericilik üzrə biliklər;
- 1C, E-taxes.gov.az və digər müvafiq proqramlarla işləmək bacarığı;
- MS Office proqramlarını (xüsusilə Excel) sərbəst istifadə bacarığı;
- Analitik düşüncə, dəqiqlik və yüksək məsuliyyət hissi;
- Komandada işləmə bacarığı və yüksək ünsiyyət qabiliyyəti.
İş barədə məlumat:
- Əmək haqqı: 800-1000 AZN
- İş yeri: Bakı şəh, Nərimanov ray.
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 5 günlük iş qrafiki: 09.00-18.00
CV-lərinizi “Aparıcı mühasib” başlığı altında Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır