Umico (Competo MMC)

Şirkət haqqında:
Umico Market (Umico.az) Azərbaycanda “SuperApp” sinfinə aid olan ilk mobil tətbiqdir. Marketplace, loyallıq proqramı və maliyyə xidmətləri bir tətbiqdə. O, istifadəçilərə bütün alış-verişlərdən bonus qazanmağa və onlayn alış-veriş etməyə imkan verir. Məqsədimiz Azərbaycanda bir nömrəli alış-veriş tədbiqi olmaqdır.
Əlaqə vasitələri:
Təhvil-təslim üzrə Əməliyyatçı (Loqistika)
Vəzifə öhdəlikləri:
- Şirkət standartlarına uyğun müştərilərə xidmət etmək; (sifarişlərin qəbulu və sıfarişçiyə məhsulların təhvil verilməsi);
- Sifarişlərin ödənişinə nəzarət;
- Proqramda (tətbiqdə) bütün əməliyyatların qeydiyyatı;
- Kassa əməliyyatlarının aparılması;
- Nağd pul inkassasiyasının aparılması;
- Məhsulun qaytarılmasının qeydiyyatı;
- Kreditin qeydiyyatı (taksit kartla əməliyyatlar/hissəvi ödəniş)
- Kuryerlərlərdən məhsulları təhvil almaq;
- Günlük hesabatların verilməsi.
- Daxil olan sənədlərə nəzarət;
- İnventarizasiyanın aparılması;
- İş yerində asayişin və təmizliyin qorunması.
Namizədlər üçün tələblər:
- Təhsil: orta ixtisas (natamam ali, ali)
- İş təcrübəsi: bir ildən. Üstünlük: logistika, satış.
- Yaş: 18 yaşdan
- Dillər: Azərbaycan,(Rus dili arzuolunandır)
- Kompüter bilikləri: MS Office, Excel, Power Point,
- Kassa intizamı üzrə biliklər
- Kassa aparatı və kartla ödəniş terminalı ilə işləmək bacarığı.
- Məsuliyyətlilik, diqqətlilik, stresə davamlılıq, ünsiyyət bacarığı
- Münaqişə vəziyyətlərindən çıxmaq bacarığı.
- Əməyin mühafizəsi qayda və qaydaları və iş qrafiki haqqında biliklər
- Təhlükəsizlik qaydaları, istehsalat sanitariyası və gigiyenası, yanğın təhlükəsizliyi üzrə biliklər
Şərtlər:
- Əmək haqqı: 500 Azn+100 Azn (bonus)
- Əlavə iş saatları ödənişlə təmin olunur
- İş qrafiki: 9.00-21.00 dək (2 gün iş 2 gün istirahət)
Namizədlərdən xahiş olunur ki, öz CV-lərini mövzu hissəsində “PUDO üzrə Əməliyyatçı” qeyd etməklə ingilis və ya rus dillərində üstünlük təşkil edən Müraciət Et düyməsində qeyd olunan e-poçt ünvanına göndərsinlər.