METAK

Şirkət haqqında:
Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.
Biz bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik və 800-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!
Əlaqə vasitələri:
Tikinti üzrə kiçik mütəxəssis
İşin təsviri
- Tikinti layihələrinin AutoCAD proqramında işlənməsi və cizgilərin hazırlanması;
- Layilərə uyğun olaraq material sərfiyyatının və hesabatların hazırlanması;
- Tikinti proseslərində layihə uyğunluğuna və gedişatına nəzarət;
Tələblər
- Ali təhsil (Tikinti mühəndisliyi və ya oxşar sahə üzrə bakalavr dərəcəsi);
- AutoCAD proqramında sərbəst işləmək bacarığı;
- MS Word və Excel proqramlarında işləmə bacarığı;
- Tikinti layihələrinin oxunması və hazırlanması üzrə biliklər;
- Tikinti materialları və texnoloji ardıcıllıq barədə anlayış;
- Yüksək məsuliyyət və diqqətlilik;
- Komanda ilə işləmək və işə qarşı təşəbbüskar yanaşma.
İş şərtləri
- Real layihələr üzərində işləmək imkanı;
- Layihə idarəetməsi sahəsində bilik və bacarıqların inkişafı;
- Komanda mühitində təcrübə qazanmaq;
- Nahar və nəqliyyat şirkət tərəfindən ayrılır.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.