Retinalab

Şirkət haqqında:
2020-ci ildə Bakı şəhərində təsis edilən Retinalab şirkəti oftalmologiya sahəsinə köklənən və bu sahədə A-dan Z-yə mütəxəssisləşməyi özünə hədəf seçən professional komandası ilə birgə fəaliyyət göstərən tibbi şirkətdir. Məhsul istiqamətləri: Oftalmoloji cərrahi sərf materialları, oftalmoloji alətlər, oftalmoloji cihazlar, oftalmoloji ləvazimatlar, oftalmoloji avadanlıqlar, oftalmoloji cihazların təmiri, servisi, optika cihaz, avadanlıq və ləvazimatları.
Hal hazırda 900-ə yaxın məhsul çeşidi və 300-ə yaxın müştəri portfeli ilə fəaliyyətni davam etdirir.
Aurolab, Zeiss, Meran, Retinnas, Alger, Bovie, Devine Meditech, Healthium, i-Stil, Geuder, Lacrivera, AI-Optic, Tecfen bredlərinin Azərbaycandakı distributorudur.
Əlaqə vasitələri:
Satış nümayəndəsi
Tələblər
- Xanım namizədlərə üstünlük veriləcəkdir
- Yüksək ünsiyyət və təqdimat bacarığı
- Aktiv, təşəbbüskar və nəticəyə yönümlü
- Azərbaycan dilində səlis danışıq
- Pozitiv iş münasibətləri qura bilən, dəqiq və məsuliyyətli
- Çevik və proaktiv
- Yaş həddi 22 – 38
İş barədə məlumat
- Oftalmoloji tibbi avadanlıqların satış prosesinin təşkili və həyata keçirilməsi
- Potensial müştərilərlə görüşlərin təşkili və məhsulların təqdimatı
- Müştəri bazasının genişləndirilməsi və müntəzəm əlaqələrin saxlanılması
- Satış planlarının yerinə yetirilməsi və hesabatların təqdim olunması
- Müştəri tələblərinə uyğun fərdi həllərin təklif olunması
- Məhsullar haqqında texniki məlumatların mənimsənilməsi və düzgün təqdim olunmas
- İş saatı: 08:00 – 17:00
- İş Günü: 1-5 günlər
- Əmək haqqı: 1100 AZN (xərclər daxil) + Satışdan Bonus
Namizədin potensialına görə əməkhaqqı üzrə qarşılıqlı razılaşma ola bilər
Təklif edirik:
- Tibbi və satış sahəsində inkişaf perspektivi
- Ay ərzində sosial fəaliyyətlərdə iştirak imkanı
- Rəsmi əmək müqaviləsi
- Satış nəticələrinə əsasən mükafatlandırma sistemi
- Tibbi Avadanlıq sahəsində təlim və inkişaf imkanları
- Peşəkar və dəstəkləyici kollektivdə iş imkanı
- Korporativ nömrə və balans
Müraciət üçün cv-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına "Satış Mütəxəssisi – Oftalmoloji Avadanlıqlar" başlığı ilə göndərməyiniz xahiş olunur.
Əlaqə nömrəsi: +994 55 444 34 68
Ünvan: Əhməd Rəcəbli 193, Comərd İş Mərkəzi