Batıgöz Klinikası

Şirkət haqqında:
Göz sağlamlığı sahəsində qabaqcıl texnologiyanı izləyən və tətbiq edən bir səhiyyə müəssisəsi olan Batıgöz klinikası peşəkar komandası ilə xəstə yönümlü xidmət göstərir. 2004-cü ildən fəaliyyətə başlayan Batıgöz klinikası hal-hazırda Türkiyə daxili və xaricdə müxtəlif ölkələrdə minlərlə vətəndaşa xidmət təqdim edir. Batıgöz klinikası Azərbaycanda 2021-ci ildən fəaliyyətə başlamışdır. Hal-hazırda Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərir
Əlaqə vasitələri:
Səyyar klinika üzrə koordinator
Göz sağlamlığı sahəsində qabaqcıl texnologiyanı izləyən və tətbiq edən bir səhiyyə müəssisəsi olan Batıgöz klinikası peşəkar komandası ilə xəstə yönümlü xidmət göstərir. 2004-cü ildən fəaliyyətə başlayan Batıgöz klinikası hal-hazırda Türkiyə daxili və xaricdə müxtəlif ölkələrdə minlərlə vətəndaşa xidmət təqdim edir. Batıgöz klinikası Azərbaycanda 2021-ci ildən fəaliyyətə başlamışdır. Hal-hazırda Bakı və Sumqayıt şəhərlərində və səyyar klinika olaraq fəaliyyət göstərir.
Namizəd üzrə tələblər:
- Ali təhsil (Tibbi və idarəetmə üzrə təhsil arzuolunandır) ;
- İşin tələbləri üzrə yalnız bəy namizədlər üçün uyğundur;
- Azərbaycan dilini sərbəst bilməsi, rus və ingilis dil biliyinin olması üstünlükdür;
- İdarəetmə işləri üzrə təcrübə;
- Liderlik bacarığı;
- Güclü ünsiyyət və problem həlletmə qabiliyyəti;
- Məsuliyyətli və dürüst;
- Çevik və analiz etmə qabiliyyəti;
- Səbrli, stresə davamlı, dəqiq və məsuliyyətli;
- MS Ofis programlarında sərbəst işləmə bacarığı;
- İdarəetmə üzrə təlim və sertifikatların olması üstünlükdür;
Vəzifə üzrə tələblər:
- Səyyar klinikanın xidmətə başlayacağı region üzrə yerləşmə koordinatlarının icra orqanı ilə razılaşdırmaq;
- Səyyar klinikanın xidmətlərindən istifadə edən pasientlərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;
- Müayinədən keçən və əməliyyata göstərişi olan pasientlərə əməliyyat məlumatlarını, linzalar və digər şərtlər haqqında ətraflı məlumat vermək;
- Səyyar klinikaya daxil olan pasientlərin qəbulu, qeydiyyatı, müayinə mərhələlərinin təlimatlara uyğun olaraq vaxtında, dəqiq və düzgün şəkildə həyata keçirilməsini həyata keçirmək;
- Səyyar klinikanın texniki problemlərinin aidiyyatı üzrə aradan qaldırılmasına dəstək göstərmək;
- Müayinə nəticələrinin tələblərə uyğun olaraq hesabat şəklində hazırlanması və təqdim edilməsi;
- Səyyar klinikanın xidməti üzrə ümumi hesabatın hazırlanıb təqdim edilməsi;
- Səyyar klinikanın fəaliyyətə başlayacağı regionda komandanın vaxtında iş başında olmasını təşkil etmək;
İş şəraiti və şərtləri:
- İş yeri: Səyyar klinika programına uyğun ölkədaxili regionlar
- İş qrafiki: 5 günlük
- Yemək və otel xərcləri klinika tərəfindən qarşılanır;
- İşçinin özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Əmək haqqı müsahibə əsnasında bilik və bacarıqlara uyğun olaraq təklif olunacaq.
Müraciət etmək üçün uyğun namizədlər mövzu başlığına “Səyyar klinika üzrə koordinator” qeyd edərək CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.