Mexanik
Vəzifələr:
- Avtomobillərə texniki qulluq və təmir işinin yüksək səviyyədə təşkili;
- Avtoservisə daxil olan avtomobillərdə texniki nasazlığın müəyyənləşdirilməsi;
- Texniki qulluq və təmir işinin texniki heyət üzrə müvafiq şəkildə bölünməsi;
- Təmirdən sonra avtomobilə son texniki baxışın keçirilməsi, avtomobilin müştəriyə təhvil verilməsi;
Tələblər:
- Təhsil: Ali (bakalavr)
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Əməyin mühafizəsinin qayda və normalarını bilmək;
- Avtonəqliyyat vasitələrinin və təmir avadanlıqlarının texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri və istismarı qaydaları haqda geniş bilgiyə malik olmaq;
- Sürücülük vəsiqəsi.
İş şərtləri:
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
- Əmək haqqı: 1700-2000 Azn
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Mexanik” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.