Planlama üzrə kiçik mühəndis
Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta; (ailə paketi)
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
- Müvafiq proqram təminatının tətbiqi ilə layihəyə uyğun iş planının hazırlanması, sahə yerləşməsi, sahə struktur sxemlərini hazırlamaq;
- İşlərin icrası üçün lazım olan resursların müəyyən edilməsi: Briqadaların sayı və növü, texnikanın sayı və adı, işlərin hər növü üçün briqada və texnikanın cəlb edilməsi müddəti;
- Məhsuldarlıq və adamsayı analizlərin hazırlanması, görüləcək işlər üçün vaxt və resurs sərfiyyatı cədvəlinin tərtib edilməsi;
- İş planına nəzarət, planlaşdırılan və faktiki irəliləyişin müqayisəsi, həftəlik/aylıq/illik hesabatların hazırlanması;
- İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edir, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatları tərtib edir. Layihə, proqram, plan və müqavilələrin həyata keçirilməsində metodiki və praktiki yardım göstərir. Qoyulmuş tələblərə, qüvvədə olan normalara, qayda və standartlara riayət olunmasına nəzarət etmək;
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün mühəndislərlə müzakirə aparmaq, gecikən işləri yenidən planlanmaq;
- Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və Primavera P6 proqramına daxil edilməsi və yenilənməsi;
Tələblər:
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Müvafiq sahədə ali təhsil;
- Primavera P6, MS Project 2010, Autocad
- Danışıq səviyyəsində ingilis dili biliyi (rus dili biliyi üstünlükdür);
- MS Office proqramları biliyi;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri: Bakı şəhəri
CV-lərinizi “Planlama üzrə kiçik mühəndis” başlığı altında Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərsiniz.