City Park Mall

Şirkət haqqında:
“Bakı-2012” MMC 2012-ci ildə yaranmışdır. Qeyd edilən şirkət alış veriş mərkəzi sahəsi üzrə fəaliyyət göstərir. Alış veriş mərkəzi 2024-cü ilin aprel ayından fəaliyyət göstərir.
Əlaqə vasitələri:
SMM üzrə mütəxəssis
Tələblər:
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Restoran sahəsi üzrə təcrübə arzu olunandır;
- Reklam menecmenti bacarığı (Facebook, Instagram, Google);
- Yaradıcı və analitik düşüncə tərzi;
- Güclü sosial-kommunikasiya, araşdırma və komanda ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləriniz:
- Şirkətin sosial media kanalları üçün cəlbedici və yüksək keyfiyyətli postlar, məzmun (mətn) yaratmaq, müntəzəm olaraq paylaşımları etmək;
- Yerləşdirilən reklamların effektivliyinə nəzarət edilməsi və hədəf kütləsinə uyğun olaraq tənzimlənməsi;
- Mütəmadi hesabatlar hazırlamaq (reklam, kampaniya və s. nəticələrinə uyğun);
- Yenilikçi yanaşmalar tərtib edərək şirkətin sosial media strategiyasını bu trendlərə uyğunlaşdırmaq;
Vakansiya haqqında əlavə məlumat:
- Əmək haqqı müsahibə əsasında;
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:00-18:00);
- İş yeri: Babək prospekti
Uyğun namizədlərdən mövzu hissəsində “SMM üzrə mütəxəssis” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət etmələrini xahiş edirik.