Meqa Həyat Sığorta
Şirkət haqqında:
“Meqa Həyat” sığorta şirkəti 17.09.2019-cu il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır.
19.02.2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinə həyat sığortası üzrə sığorta fəaliyyəti göstərməyə icazə verən SF-0003 nömrəli lisenziya verilmişdir.
Şirkət 09.03.2021-ci il tarixində İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıları reyestrinə daxil edilmiş, 12.03.2021-ci il tarixində isə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə fəaliyyət göstərmək icazəsi verilmişdir.
26.05.2021-ci il tarixində “Meqa Həyat" sığorta şirkəti Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçılar siyahısına daxil edilmişdir.
“Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 11 000 000 AZN təşkil edir və şirkətin təsisçisi 100% payla “Meqa Sığorta” ASC-dir.
Təklif etdiyimiz həyat sığortası məhsulları:
- İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
- Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta
- Həyatın yaşam sığortası
- Müddətli həyat sığortası
Əlaqə vasitələri:
Kiçik mütəxəssis
Daxili Audit Xidmətinə yeni komanda üzvlərini dəvət edirik!
Namizədə olan tələblər:
- Təhsil: Ali (iqtisadiyyat, maliyyə və audit üzrə arzu olunandır).
- Təcrübə - tələb olunmur, istehsalat təcrübələrinin olması üstünlükdür
- Kompüter bacarıqları: MS Word və MS Excel – sərbəst istifadəçi. Power Point arzu olunandır;
- Şəxsi və işgüzar keyfiyyətləri: İnkişaf yönümlü, dəqiq, məsuliyyətli, operativ, təmkinli, analitik düşüncəli, təşəbbüskar, problemli məsələləri həll edə bilmək, yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları ilə.
Əsas vəzifə öhdəlikləri:
- Biznes proseslər haqqında məlumatları təhlil etmək və tənzimləyici qaydalara uyğunluğunu müəyyən etmək;
- Audit yoxlamalarının nəticələrini daxili audit qaydalarına uyğun olaraq sənədləşdirmək;
- Biznes proseslərinin iş sistemlərinin effektivliyi və səmərəliyini, eləcə də qəbul olunmuş prosedurlarının təcrübədə tətbiq olunub-olunmamasını yoxlamaq;
- Vəzifə təlimatına uyğun digər işləri və tapşırıqları yerinə yetirmək.
Əmək şəraitinin şərtləri:
- Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq 400-600 manat aralığında (vergilər nəzərə alınmaqla) müəyyən edilir.
- İş vaxtı: 09:00-dan 18:00 –dək olmaqla 5 günlük iş həftəsi.
- Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.
- Tibbi sığorta təminatı.
- Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.
Zəhmət olmasa mövzu bölməsində “Kiçik mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərin.
Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.