Malların qəbulu üzrə baş mütəxəssis
Heydər Əliyev Beynəlxalq Aeroportunda ASG şirkətlər qrupunda Malların qəbulu üzrə baş mütəxəssis vəzifəsi üzrə işçi axtarılır.
Vəzifə öhdəliklər:
- Mal və materialların qəbulu, yoxlanılması və qeydiyyatının təmin edilməsi.
- Digər departament ilə effektiv əlaqələrin qurulması və davamlılığının təmin edilməsi.
- Qəbul edilən məhsulların keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması və sənədləşdirilməsi.
- Uyğunsuzluqların aşkarlanması və müvafiq departamentlərə məlumat verilməsi.
- Anbar və inventar idarəetmə sistemləri ilə işləmək.
- Gələn və gedən sənədləşmənin düzgün aparılması və arxivləşdirilməsi.
- Mal qəbul proseslərinin optimallaşdırılması və səmərəliliyinin artırılması üçün təkliflər vermək.
- Komanda üzvlərinə rəhbərlik və dəstək göstərmək.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil - İdarəetmə, Logistika, Mühasibat və ya əlaqəli sahə üzrə.
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (Mal Qəbul Mütəxəssisi və ya oxşar vəzifədə).
- Azərbaycan dili - səlis, İngilis dili biliyi – İntermediate səviyyədə, Rus dili arzuolunandır.
- Anbar idarəetməsi və inventar nəzarəti haqqında dərin biliklər.
- Keyfiyyətə nəzarət standartları (AQTA və HACCP) və prosedurları barədə məlumatlılıq.
- MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək bacarığı.
- 1C və anbar proqramları ilə iş təcrübəsi.
- Detallara qarşı diqqətli, məsuliyyətli.
- Güclü ünsiyyət və problem həll etmə bacarıqları.
İş Şəraiti:
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
- İş yeri: Bakı şəh., Heydər Əliyev Beynəlxalq Aeroportu
- İş qrafiki: Tam ştat (həftədə 5 gün, saat 09:00-dan 18:00-dək).
- Şirkət müxtəlif istiqamətlərdən (Koroğlu m/st, Bakixanov, Əmircan, Mərdəkan, Binə, Suraxanı və s.) ödənişsiz servis nəqliyyatı təmin edir.
Müraciət etmək üçün CV-nizi mövzu hissəsində vəzifə adını qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.