Fortis Group

Şirkət haqqında:
Azərbaycanın inşaat materialları istehsalı sektorunda qabaqcıl şirkətlərdən biri olan “FORTİS GROUP” MMC 2004-cü ildən fəaliyyət göstərir və fəaliyyətini təkcə Azərbaycanda deyil, həmçinin yaxın region ölkələrində də uğurla həyata keçirir. Şirkət öz fəaliyyətində innovativ istehsal texnologiyaları ilə yüksək keyfiyyətli məhsullar istehsal etməyi hədəf alıb. Şirkət öz istehsalını gips əsaslı məhsullar, sement məhsulları, kafel və metlax yapışdırıcıları, aralıq doldurucuları, hidroizolyasiya məhsulları, hazır təmir qarışıqları, boya məhsulları, xammal məhsulları, zəmin-döşəmə məhsulları, fasad məhsulları, astarlar olmaqla 11 istehsal qrupunda cəmləşdirib.
Əlaqə vasitələri:
Qaynaqçı
Namizədə tələblər:
- Yaş həddi 25-45;
- Müvafiq sahə üzrə peşə ixtisas təhsili;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Diqqətli, çevik və məsuliyyətli olmalı;
- Kollektivdə işləmək bacarığı olmalı;
Əsas vəzifə öhdəlikləri:
- Göstərilmiş hissələrin və metal-konstruksiyaların qaynaq işlərini həyata keçirmək;
- Qapalı şəraitdə olan detalların təmizlənməsi və qaynaq edilməsini həyata keçirmək;
- Yeni montaj edilmiş konstruksiyaların qaynaq edilməsini həyata keçirmək;
- Qaz, su, hava xətlərində təmir və qaynaq işlərini həyata keçirmək;
- Təhlükəsizlik qaydalarına əməl etməklə, yüksək hündürlüklü yerlərdə qaynaq işlərinin aparılmasını həyata keçirmək;
- Avadanlıqların sıradan çıxmış ehtiyyat hissələrinin sexdə və istehsalat sahəsində qaynaq edilməsini həyata keçirmək;
- İstənilən forma və qurluşda olan materialların qaynaq edilməsini həyata keçirmək;
- Qaynaq işlərinin yerinə yetirilməsi və onların keyfiyyətinin yaxşılaşdırılması zamanı, əmək məhsuldarlığının artırılmasını təmin edən, qaynağın mütərrəqi metodlarının istehsalata tətbiqini təşkil etmək;
- Qaynaq və qaynaq rejiminin texnologiyasına, avadanlıqların istismarının texniki qaydalarına, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək;
- Xüsusi geyim və FMV-dən istifadə qaydalarına əməl etmək;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
İş yeri: Xırdalan şəhəri
Təminatlar:
- Nahar ilə təmin edilir.
- İş yerinə servislə çatdırılır.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Qaynaqçı” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.