ArchiCO

Şirkət haqqında:
ArchiCO MMC 2009 –cu ildə yaranmışdır. İlkin illərdə layihə-mühəndislik xidmətləri həyata keçirən Şirkətimiz, az sonra tikintilərdə müstəqil texniki nəzarət – inspeksiya xidmətlərini və ümumi tikinti xidmətlərini göstərməyə başladı.
Tikinti bazarında fəaliyyət göstərdiyimiz 10 il ərzində özümüzü operativ, yenilikçi və Sifarişçi yönümlü olduğumuzu sübut edə bildik. Bunun nəticəsidir ki, bu gün ArchiCO Azərbaycanın ən böyük mühəndislik və tikinti Şirkətlərindən birinə çevrilmişdir.
Hal hazırda Şirkətimizdə 2 mindən artıq insan çalışır. İşə münasibətimiz, hər zaman novator ideyaların tədbiqi, əməkdaşlarımıza olan münasibət və bu kimi digər faktorlar ArchiCO-nu beynəlxalq Şirkətlərdə təcrübəsi olan mütəxəssislər üçün də cəlbedici etmişdir.
Bu gün ArchiCO bir sıra layihələrdə dünyanın tanınan Şirkətlər ilə əməkdaşlıq edir, idarəetmə sistemimizi beynəlxalq standartlarının tələblərinə uyğunlaşdırılmışdır.
Geniş tərkibli inşaat sektorunun istənilən sahəsində böyük təcrübə toplamışıq. Son bir neçə ildə onlarla yaşayış və sənaye binalarının tikintisi və yenidən qurulması işləri, alt yapı layihələri, infrastruktur layihələri işlənmiş və müvəffəqiyyətlə tamamlanmışdır.
Qarşımıza qoyduğumuz hər məqsədə gənc və peşəkar komandamızın səyləri ilə çatmışıq. Gələcək məqsədlərimiz isə dahada böyümək, ölkə hüdudlarını aşaraq inşaat sektorunda bir Azərbaycan brendini dünyaya tanıtmaqdır
Əlaqə vasitələri:
Elektik mühəndisi
İş yeri: Bakı şəhəri
İşin təsviri:
- Elektrik işləri üzrə layihələrin hazırlanması;
- Cavabdeh olduğu layihlər üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək;
- Müxtəlif təyinatlı bina və obyektlərdə elektrik quraşdırma işlərini layihələndirmək,
- Müxtəlif təyinatlı bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və orta gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
- Elektrik yükünün hesablanması;
- Sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
- Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;
- Elektrik təchizatı layihlərinin uyğun proqramlarda hazırlanması;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan norma və qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasını təmin etmək;
Tələblər:
- Yaş: 30- 50 yaş;
- İxtisası üzrə ali təhsil;
- Sahə üzrə ən azı 5 il iş təcrübəsi.
- Komanda daxilində effektiv işləmə və ünsiyyət bacarıqları.
- Azərbaycan dili ilə yanaşı, ingilis və ya rus dillərini bilməsi arzuolunandır.
- İşə qarşı məhsuliyyətli, dəqiq, səmimi, nizam-intizamlı;
- Tapşırılan işi vaxtında yerinə yetirmək;
- Müstəqil və komanda şəklində işləmək bacarığı;
İş şəraiti:
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.
- İş qrafiki: I-V günlər,
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Elektik mühəndisi” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.