Safe Point

Şirkət haqqında:
“Safe Point” icmalara həyatlarını davam etdirməyə və gələcəklərini bərpa etməyə kömək etmək üçün yaradılmışdır. “Safe Point” QSC-nin əsas məqsədi münaqişədən zərər çəkmiş ərazilərdə mina, kaset sursatları və partlamamış bombaların yarada biləcəyi təhlükələri aradan qaldırmaqdır.
“Safe Point” minaların aşkarlanmasına, identifikasiyasına və aradan qaldırılmasına, həmçinin partlayıcı sursatların zərərsizləşdirilməsinə fokuslanıb.
Əsas məqsədimizə əlavə olaraq, yüksək standartlı xidmətləri təmin etmək üçün işçilərimizin idarəetmə bacarıqlarını daha da inkişaf etdirməyə calışırıq.
Qeyd etmək vacibdir ki, ərazilərin minalardan təmizlənməsində etibarlılığını qoruyub saxlamaqda davam edən əl ilə təmizləmə üsulu ilə yanaşı, biz həm də müxtəlif sayda müasir avadanlıqlardan istifadə edirik.
Əlaqə vasitələri:
Mühasib
Vəzifə öhdəlikləri
- E-qaimələrin tərtib edilməsi qarşı tərəfə göndərilməsi;
- İnternet bank üzərindən ölkədaxili və xarici ödənişlərin həyata keçirilməsi;
- Bank çıxarışlarını və depozit hesabı üzrə hərəkətləri işləmək;
- Kreditor və debitor öhdəliklərin, material ehtiyyatlarının, pul vəsaitlərinin, dövriyyəsinin və xərclərin, göstərilən xidmətlərin, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin qeydiyyatını aparmaq;
- Lazım olduğu təqdirdə müştərilərlə üzləşmələrin həyata keçirilməsi;
- Elektron portallarında işləmə bacarığı (e-taxes, statistika);
- Əmək haqqı hesablanması;
- Mal-material ehtiyatlarının uçotunun aparılması, sənədləşmələrinin hazırlanması;
- Alğı-satqı müqavilələrinin və həmin müqavilələr üzrə alt sənədlərin (təhvil-təslim aktı, qiymət razılaşma protokolu və s.) hazırlanması;
- İş əsnasında yarana biləcək rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə olan tələblər:
- Təhsil: Ali (Mühasibatlıq və Maliyyə ixtisası)
- Kompüter bacarıqları: MS Word və MS Excel – sərbəst istifadəçi. Elektron portallarla işləmək bacarığ
- Vergi Məcəlləsini və Milli Mühasibat uçotu standartlarını üzrə təməl qaydalardan məlumatlı olmağı
- Müvafiq sahə üzrə 2 il
- Komandada işləmək bacarığı
İş şəraiti:
- İş rejimi: 5 günlük iş qrafiki
- İş saatları: 09:00-18:00
- Əmək qanunvericiliyinə uyğun sənədləşdirmə;
- İş yeri Bakı şəhəri;
- Əmək haqqı işçinin bilik və bacarıqlarına görə təyin olunacaq.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.