Amal Group

Şirkət haqqında:
AMAL GROUP tikinti sahəsində müxtəlif növ təmir, quraşdırma, mühəndislik və dizayn xidmətləri təklif etməklə evlərdə, ofislərdə, dövlət, sənaye və digər obyektlərdə təhlükəsiz və rahat formada layihələrin həyata keçirilməsinə köməklik göstərir.
Fəaliyyət göstərdiyimiz qısa müddət ərzində dövlət layihəsinin podratçısı seçilərək 16 min kv.m-dən çox olan yaşayış sahəsinin istifadəyə verilməsini təmin etmişik. Hal-hazırda 32 min kv.m sahədə tikintilərimiz davam edir. Eyni zamanda fərdi evlərin tikintisində yalnız müasir dəbli dizayna deyil, həm də düşünülmüş funksionallığa diqqət yetiririk.
AMAL GROUP şirkəti olaraq layihələndirmə və tikinti-inşaat sahəsinə böyük təcrübəmiz, qabaqcıl texnologiyalardan istifadə edən peşəkar komandamız, etibarlı tərəfdaşlarımız habelə öz texnika parkımızla daxil olmuşuq.
“AMAL GROUP” MMC Xəyallarınızın möhkəm bünövrəsi
Əlaqə vasitələri:
Elektrik ustası
Vəzifə öhdəlikləri:
- Sxem və göstərişləri oxuyur, elektrik təhlükəsizliyi üzrə təlimatlara riayət edir;
- Tələblərə uyğun olaraq mürəkkəb olmayan elektrik xətləri, avadanlıqları, şəbəkə açarlarını yerləşdirir və quraşdırır;
- Təhlükəni və nasazlıqları aşkar edərək texniki nəzarətə və təmirə ehtiyacın olub-olmadığını müəyyən etmək üçün sistemləri və elektrik hissələrini yoxlayır;
- Ommetr, voltmetr və ossilloskop kimi ölçü cihazlarından istifadə etməklə naqillərdə, avadanlıqlarda və şəbəkə açarlarında elektrik dövriyyəsini yoxlamaq məqsədilə test prosedurlarını yerinə yetirir;
- Böyük həcmdə həyata keçirilən iş prosesində inşaat hissələri, quraşdırıcı alət və ya sistemlərin göstəricilərini müəyyən etmək məqsədilə yoxlama avadanlıqlarını quraşdırır və idarə edir.
- İstifadə üzrə təlimatlar, eləcə də müvafiq əl alətləri və dəzgahlardan istifadə etməklə naqilləri, avadanlıqları və şəbəkə açarlarını hazırlayır və quraşdırır;
- Elektrik sxemində qeyd olunan zəruri düzəlişlərə əsasən naqil və avadanlıqları hazırlayır və quraşdırır;
- Təhlükəsizlik və nəzarət qurğularını quraşdırır;
- Texniki göstəricilərə əsasən naqillər, sistem elementləri və dəzgahların elektrik xətlərini quraşdırır;
- Təlimatlar və qaydalara əsasən zəruri halda münasib texniki üsulları tətbiq etməklə xüsusi hissələr, örtüklər və qoruyucu vasitələri quraşdırır;
- Funksional düzəlişlər etmək məqsədilə elektrik xətlərini yeniləyir;
- Göstərilən normalara əsasən sınaq və ölçmə avadanlıqlarından istifadə etməklə nasazlıqları və nöqsanları müəyyənləşdirir;
- Prototip və elektrik sistemlərini birləşdirir;
- Müvafiq alətlər və ölçmə cihazlarından istifadə etməklə modifikasiyaları iş planına uyğun həyata keçirir;
- Nasaz elektrik hissələrini çıxarır və təmir aparatı;yaxud yenisi ilə əvəz edir
- Normalara əsasən dövri texniki xidmətin göstərilməsi qaydalarına riayət edir;
- Elektrik xəttləri və avadanlıqlarını təchizat mənbələrinə qoşur;
- Kabel və avadanlıqları izolyasiya edir;
- Qurğulara təhlükəsizlik üzrə xəbərdarlıq və fərqləndirici nişanlar vurur;
- Tikinti və quraşdırma işləri gedən ictimai yerlərdə xəbərdarlıq nişanları yerləşdirir;
- Sınaq prosesi haqqında məlumatı təhlil edir və şərh verir;
- Alternativ və təkmil həll yolları tövsiyə edir;
- Elektrik montyoruna dair sadə işıqlandırma sistemini və ya onun xüsusi hissələrini quraşdırır;
- Rəhbərlik tərəfindən verilən vəzifə funksiyasına müvafiq tapşırıqları yerinə yetirir.
- İşdən azad edilən zaman icra etdiyi işlərin son hesabatlarını son iş gününə qədər işləyib hazırlayaraq təhvil-təslim etməli.
İş qrafiki:
- 6 günlük iş qrafiki
- İş yerinin ünvanı: Binəqədi
- Yaş həddi: 25-55
- Əmək haqqı:Müsahibə əsasında müəyyənləşəcək.
- İş stajı: Minimum 1-2 il stajı
- Hazırda qüvvədə olan sertifikat tələb olunur.
Müraciət qaydası: Müsahibə üçün müəyyənləşdirilmiş məkan.
Ünvan: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Elektrik ustası” adını qeyd edərək Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərmələri xahiş olunur.