Maliyyə və Mühasibatlıq üzrə təcrübəçi
Maliyyə və mühasibatlıq sahəsində dərin biliklərə sahib olmaq və öyrəndiklərini tətbiq etmək istəyən gənc, çevik və enerjili gəncləri komandamıza dəvət edirik.
Tələblər:
- Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadiyyat üzrə bakalavr dərəcəsi) - Diplom və qiymətlər cədvəlini CV ilə birlikdə göndərməyiniz xahiş olunur.
- Kompüter bilikləri: MS Office proqramları;
- Dil bilgisi: Azərbaycan dili sərbəst (İngilis dili üstünlükdür)
- İş qrafiki: Bazar ertəsi-Cümə (saat 09:00-18:00) nahar fasiləsi (13:00-14:00)
Əmək haqqı: 500 AZN
İşin təsviri
- Təchizatçı firmaların qaimələrinin əsasında ödənişlərin köçürülməsi
- Xarici ödənişlərin həyata keçirilməsi və gömrük kodlarının alınması
- Bank təminatları üçün banka müraciətlərin hazırlanması
- ƏDV depozitdən və Bankdan ödənişlərinin icra olunması
- Bank əməliyyatlarının və əmək haqqına dair bütün əməliyyatların 1C sisteminə daxil olunması
- Əmək haqqlarının, xəstəlik, məzuniyyət və s. ödənişlərin hesablanması
- Əmək haqqlarının hesablanması və ödənilməsinin təmin edilməsi
- DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra edilməsi
- İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək göstərilməsi
- Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və vaxtında təqdim olunması
- Xərc və alış sənədlərinin proqram təminatında uçotunun aparılması
- Maliyyə məlumatlarının təhlil olunması
- Üzləşmə aktlarının hazırlanması
- Əsas vəsait və materiallar ehtiyatları ilə bağlı əməliyyatları 1C proqram təminatında qeydiyyata alınması və mövcud əməliyyatlara nəzarət olunması
- Problemli qaimələrin araşdırılması, ödənişlərin reysterde qeyd edilməsi
- Hesab faktura, elektron qaimə və akt yazılaraq, qeydiyyatının aparılması
- Müvafiq sahə üzrə rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanması
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.