Core Construction

Şirkət haqqında:
"Core Construction" MMC yarandığı gündən bu günədək çox sayda müxtəlif istiqamətli tikinti, təmir, dizayn işləri həyata keçirib. İlk öncə işlərin keyfiyyət dəyəri rəhbər tutulduğuna görə, şirkətimizin davamlı uğurları bizi tikinti bazarında dəyərli tərəfdaş olaraq tanıtmışdır.
Azərbaycan Respublikasının qanunlarını və beynəlxalq normaları nəzərə alaraq istehlakçı tələblərinin ödənilməsi öhdəliyini yüksək kefiyyətlə yerinə yetirilir. Həmçinin şirkətimiz ətraf mühitin qorunması, sağlamlıq və əməyin təhlükəsizliyinin təmin edilməsi, eləcə də şirkətin davamlı inkişafına yönəldilmiş proqramların hazırlanmasını həyata keçirir.
Əlaqə vasitələri:
Mühasib
Öhdəliklər:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Gündəlik Mühasibat uçotu əməliyyatlarının uçota alınması
- Sənədlər və mühasıbat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunverıcilikdə müəyyən olunmuş müddət ərzində müvafiq orqanlara göndərilməsini təmin etmək;
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
- E-taxes.gov.az və s. portallardan istifadə etmək;
- Analitik təhlil etmə qabiliyyəti ,mal və materialların uçotunun aparılması;
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
- Bank əməliyyatların aparılması;
- Hesab-fakturaların və E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.
- Əmək Haqqı Hesablanması
Namizədə tələblər:
- Ali Təhsil (Maliyyə,Mühasibatlıq Sahəsi üzrə arzuolunandır)
- MS Office, 1C, E-taxes.gov.az və digər portallardan istifadə etmək yüksək bacarığı;
- AR Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə mükəmməl biliklər.
- Komandada işləmə bacarığı
İş barədə məlumat:
- İş yeri: Bakı şəhəri
- İş vaxtı: 1 - 5 ci günlər 09:00 dan - 18:00- a dək
- Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun müsahibə əsasında müəyyən ediləcək.
CV-lərinizi “Mühasib” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.