Yaşıl Kart və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi
İş şəraiti
- İş yeri: İcbari Sığorta Bürosu
- İş yeri: Bakı
- Əmək haqqı: razılaşma yolu ilə
Vəzifə öhdəlikləri:
- Mütəxəssis “Yaşıl Kart” Bürolar Şurası ilə əməkdaşlıq əlaqələrinin yaradılmasını, kommunikasiyasını təmin edir və bu əlaqələri inkişaf etdirir;
- Xaricdə baş verən hadisələrlə bağlı gələn sorğuların cavablandırılmasını təmin edir;
- Yaşıl kart ilə bağlı müştəri xidmətlərini həyata keçirir;
- Xaricdən Büroya təqdim olunan sənədlərin yoxlanılması, məbləğlərin uyğun və düzgün qeyd olunmasını təmin edir;
- Xarici partnyorların üçüncü şəxslərə dəymiş zərərlə bağlı həyata keçirdiyi ödənişlərin Bürodan geri tələbi ilə əlaqəli vəsaitlərin köçürülməsini həyata keçirir;
- Azərbaycanda baş vermiş hadisələrlə bağlı sorğuların və geri ödəniş tələblərinin xarici Bürolara göndərilməsini təmin edir;
- Yaşıl kart üzrə təkrar sığorta aparılmasına nəzarət edir;
- COB çərçivəsində baş verən yeniliklərin davamlı təqib edilməsi, yeniliklərlə bağlı iclaslarda iştirak edilməsi, yeniliklərə əsasən arayışların hazırlanmasını təmin edir;
- COB tərəfindən qəbul olunan yeni reqlament dəyişikliklərinin qanunvericiliyə uyğunluğunu yoxlayır, arayışlar hazırlayır, qanunda dəyişiklik təkliflərini hazırlayır;
- COB və xarici Bürolardan göndərilən sorğuları və anketləri cavablandırır;
- Yaşıl Kartın təkrarsığortası ilə əlaqəli mütəmadi işlərin görülməsi, paketin yenilənməsi, təkrarsığorta haqqının ödənişinin həyata keçirilməsi və təqib edilməsi, debit notların yoxlanılmasını təmin edir;
- Periodik olaraq analiz və təhlillərin həyata keçirilməsini, ölkədə yazılmış sığorta şəhadətnamələrinin sayı, hadisələrin hansı ölkələrdə baş verməsi, hadisələrin səbəbləri, davamlı olaraq zərərliliyini (zərərlilik dərəcəsinin) analiz edir;
- Saxta yaşıl kart şəhadətnamələrini müəyyən edir və bununla bağlı məsələləri həll edir;
Tələblər:
- Ali iqtisadi təhsili;
- Əlaqəli sahədə minimum 2-3 il iş təcrübəsi
- Analitik düşüncə və problemləri həll etmə bacarığı
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq) Uğurlar.