Prime Light

Şirkət haqqında:
We proudly serve as the distributor for PMI a leading international company, provider of innovative smoke-free products. With a focus on sustainability, quality, and consumer satisfaction, we deliver cutting-edge smoke-free solutions to Azerbaijan market.
Əlaqə vasitələri:
Satınalma üzrə kiçik mütəxəssis
İşin təsviri:
Satınalma üzrə Kiçik Mütəxəssis şirkətin material və xidmət ehtiyaclarını vaxtında və effektiv şəkildə təmin etmək üçün satınalma proseslərinin icrasında iştirak edir. Bu vəzifə yeni və mövcud təchizatçılarla əlaqələrin qurulması və inkişaf etdirilməsi, bazar qiymətlərinin və təchizat şərtlərinin təhlili, sifarişlərin hazırlanması və icrasına nəzarət funksiyalarını əhatə edir.
Mütəxəssis həmçinin satınalma sənədlərinin düzgünlüyünün təmin olunması, müqavilələrin icrasında dəstək göstərilməsi və hesabatlılığın aparılmasına cavabdehdir.
Vəzifə öhdəlikləri:
- Satınalma sifarişlərinin hazırlanması və icrasının təmin edilməsi
- Təchizatçılarla ilkin danışıqların aparılması və kommersiya təkliflərinin toplanması
- Təchizatçılarla müqavilələrin və diqər sənədlərin hazırlanmasına dəstək
- Təchizatçı performansının izlənməsi və qiymətləndirilməsinə dəstək
- Şirkətin satınalma siyasətinə və prosedurlarına uyğunluğun təmin edilməsində iştirak
- Bazar araşdırmalarının aparılması və yeni təchizatçıların axtarılması
- Satınalmalar üzrə hesabatların hazırlanması və müvafiq sistemlərdə qeydiyyatın aparılması
Tələblər:
- Ali təhsil (iqtisadiyyat, menecment və ya əlaqədar sahə üzrə üstünlükdür)
- Satınalma və ya oxşar sahədə minimum 2 il iş təcrübəsi arzuolunandır
- MS Office proqramları ilə işləmək bacarığı (xüsusilə Excel)
- Rus və İngilis dili bilikləri mütləqdir
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı
- Yüksək gərginlikli və stressli iş şəraitində effektiv fəaliyyət göstərmək bacarığı
- Komandada işləmək qabiliyyəti
CV-nizi mövzu hissəsində “Satınalma üzrə kiçik mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.